• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ölüm tarixini öncədən müəyyən edən superkompüter

  • Texnoloji
  • 22 Sentyabr 2015 01:56
  • 588 Baxış
Ölüm tarixini öncədən müəyyən edən superkompüter

ABŞ-ın Boston şəhərində yerləşən “Beth Israel Deaconess Medical Center” tibb mərkəzində quraşdırılmış superkompüter tibbi məlumatlar əsasında xəstələrin ölüm tarixini 96 faiz ehtimalla öncədən proqnozlaşdırır.

Publika.az-ın məlumatına görə, sistem 30 il ərzində mərkəzə müraciət etmiş 250 min xəstə haqqında məlumatları özündə saxlayır və hər 3 dəqiqədən bir palatalardakı xəstələrin həyat fəaliyyətinin parametrlərini qeydə alır.

Mərkəzin doktoru Stiv Xornq computerin yanılmadığını deyib: “Əgər kompüter sizə öləcəksiniz deyirsə, deməli, növbəti 30 gün ərzində siz dünyadan köçəcəksiniz”.

Lakin həkimlər superkompüterdən ölüm tarixinin öncədən xəbər verilməsi üçün istifadə etməyi planlaşdırmırlar, onun əsas təyinatı düzgün diaqnozun qoyulmasıdır. Sistem xəstələr barədə məlumatlara əsaslanaraq nadir xəstəlikləri aşkarlaya bilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR