• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əhalinin 90 faizi internetə qoşula bilmir

  • Texnoloji
  • 23 Sentyabr 2015 02:13
  • 372 Baxış
Əhalinin 90 faizi internetə qoşula bilmir

İnternetdən istifadə göstəricisinə görə Azərbaycan reytinq cədvəlində 192 ölkə arasında 63-cü pillədə qərarlaşıb. Bu rəqəm ölkəmizdə əhalinin 61 faizinin internetdən istifadə etməsi anlamına gəlir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının 2015-ci il üçün “Genişzolaqlı İnternetin vəziyyəti” adlı hesabatında verilib.

Hesabata əsasən, hazırda 3,2 milyard insan internetə çıxış imkanına malikdir ki, bu da dünya əhalisinin 43 faizini təşkil edir.

Ötən il bu göstərici 2,9 milyard nəfərə bərabər olub. İnkişaf etmiş ölkələrdə internetə çıxış səviyyəsi maksimum həddinə çatdığı halda, inkişaf etməkdə olan ölkələrdə bu göstərici əhalinin yalnız 35 faizi üçün əlçatandır. BMT tərəfindən daha az inkişaf etmiş ölkələr kimi müəyyənləşdirilmiş 48 ölkədə vəziyyət xüsusilə ağırdır. Belə ki, əhalinin 90 faizindən çoxu internetə qoşulma imkanına malik deyil.

Qeyd edək ki, Belarusda əhalinin 59, Qazaxıstanda 54, Gürcüstanda 48, Ermənistanda 46 faizi internetə çıxış imkanına malikdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR