“Facebook” yenilik edir – Artıq emosiyaları ifadə etmək mümkün olacaq
Bizi izləyin

Texnoloji

“Facebook” yenilik edir – Artıq emosiyaları ifadə etmək mümkün olacaq

“Facebook” sosial şəbəkəsi “bəyəndim” (“layk”) düyməsinin imkanını genişləndirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Gazeta məlumat yayıb. “Bəyəndim” düyməsinin yeni versiyası “Reaksiya” (“Reaction”) adlanacaq və müxtəlif emosiyaları ifadə edəcək. Beləliklə şəbəkə izləyiciləri üçün hər hansı xəbərə daha emosional cavab verməyə imkan yaranacaq. Köhnə “Bəyəndim” düyməsi ilə yanaşı sevgi, gülüş, təbəssüm, sürpriz və əsəb ifadə edən işarələr də olacaq.

Məlumatda bildirilir ki, oktyabr ayının 9-dan etibarən İspaniya və İrlandiya “Facebook” istifadəçiləri sınaq üçün istifadə olunacaq yeni versiyadan istifadə edə biləcəklər.

Həmçinin sosial şəbəkə uzun zaman müzakirə olunan və tətbiqi təklif olunan “Bəyənmədim” (“Dislayk”) düyməsindən imtina etmək edib. “Facebook”un yaradıcısı Mark Zukerberqin fikrinə görə, əgər sosial şəbəkədə “Bəyənmədim” düyməsi olarsa, bu şəbəkəni “Reddit” forumuna bənzədəcək və bu hal istifadəçilərin əhval-ruhiyyəsinə mənfi təsir edəcək.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm