Hər 5 ailədən 3-də kompüter var
Bizi izləyin

Texnoloji

Hər 5 ailədən 3-də kompüter var

Respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,65 ədəd, hər 100 ailəyə düşən telefon aparatlarının sayı isə 69,01 ədəd təşkil edir. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 112-yə bərabərdir.

Publika.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) istinadən xəbər verir ki, ölkə üzrə əhalinin 75%-i internet, 65%-i isə genişzolaqlı internet istifadəçisidir. Həmçinin, ev təsərrüfatlarının 58,3%-də kompüter , 75,2%-nin internetə çıxışı var. Evdə əhali internetə 70,6% genişzolaqlı xətlə, 25,4% mobil telefonla, yalnız 3,7% modem (dial-up) vasitəsi ilə qoşulur.

Son 5 ildə genişzolaqlı xətlə qoşulma 18 dəfə artıb, dial-up qoşulma isə 13 dəfə azalıb. İnternet və genişzolaqlı internet istifadəçiləri göstəricilərinə görə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm