Azərbaycan İsraildən iki radar alır
Bizi izləyin

Texnoloji

Azərbaycan İsraildən iki radar alır

Azərbaycan İsraildən iki RƏM radarı alır

Azərbaycan İsraildən iki yeni radar sistemi alır. Publika.Az xəbər verir ki, “AzeriDefence”nin hərbi mənbələrə istinadən verdiyi məlumata görə, Azərbaycan tərəfi bu günlərdə İsrael Aerospace Industries (IAI) şirkətinə mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən iki radar sifariş verib.

Orta mənzilli ELM-2288 AD-STAR hava müdafiə və uçuşa nəzarət radarı 480 km-dən çox məsafədə hədəfləri yüksək dəqiqliklə aşkarlayaraq 3D formatda göstərir. ELM-2106NG Taktik Hava Müdafiə radarı isə 80 km uzaqlıqda aşağı yüksəklikdə uçan yüksək sürətli döyüş təyyarələrini, helikopterləri və pilotsuz uçuş aparatlarını aşkar etmək üçün nəzərdə tutulur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm