Twitter sabiq nazirə qalib gəldi
Bizi izləyin

Texnoloji

Twitter sabiq nazirə qalib gəldi

Twitter sabiq nazirə qalib gəldi

Twitter Türkiyənin sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri və İzmir Böyükşəhər Bələdiyyəsi başçılığına namizəd Binali Yıldırıma qarşı məhkəməni qazanıb.


ANS PRESS-in məlumatına görə, Twitter sabiq nazirin yayımdan qaldırdığı hesabın təkrar açılmasını təmin edib. Qərar İstanbul 18-ci Asliyə Cəza Məhkəməsi tərəfindən verilib.

Binali Yıldırım Twitterdəki bir hesabın bağlanılmasıyla əlaqədar məhkəməyə etdiyi müraciətdən isə bir nəticə əldə etməyib.

İlk öncə hesab bağlansada daha sonra Twitter məhkəməyə müraciət edərək bunun ifadə azadlığına zidd olduğunu bildirib. Twitterin yenidən məhkəməyə müraciət etməsindən sonra bağlanılan hesabın təkrar açılması təmin edilib.


Xatırladaq ki, Türkiyənin sabiq nəqliyyat, kommunikasiya və dənizçilik naziri Binali Yıldırım məhkəmə yolu ilə bir hesabın sosial şəbəkədən yayımını yığışdırmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm