«Feysbuk»un pilotsuz təyyarələrindən ucuz internet
Bizi izləyin

Texnoloji

«Feysbuk»un pilotsuz təyyarələrindən ucuz internet

«Feysbuk»un pilotsuz təyyarələrindən ucuz internet

«Feysbuk» təsisçisi Mark Zukerberqin yeni açıqladığı planları pilotsuz təyyarələr və peyklərin vasitəsilə yer əhalisinin üçdə ikisinin internetə bağlanılmasını nəzərdə tutur.Publika.Az BBC-yə istinadən xəbər verir ki, Mark Zukerberqdən öncə Google şirkəti ucqar bölgələrdə internet əlaqəsinin təmin edilməsi üçün hava balonlarının istifadəsini təklif edib.

Yeni texnologiya nəhəngləri istifadəçilər sayını ilk növbədə inkişafda olan ölkələr hesabına genişləndirmək niyyətindədirlər.«Feysbuk»dakı məlumata əsasən internet siqnalı geostasionar və aşağı orbitdə üçan peyklərlə yanaşı pilotsuz təyyarələr üzərindən ötürüləcək. Bağlantı sürətini artırmaq üçün gözü görünməyən infraqırmızı şüaların istifadəsi də nəzərdə tutulur.

Ötən il «Feysbuk» və texnologiya şirkətləri şəbəkədən kənarda qalan ucqar guşələrə internetin çəkilməsi üzrə İnternet.org layihəsini işə salıblar.

Bəzi məlumatlarda «Feysbuk»-un pilotsuz təyyarələr istehsal edən şirkət almaq niyyətində olduğu bildirilirdi.Texnologiya üzrə ekspertlərə əsasən «Feysbuk» və Google planlarının gerçəkləşməsinə əsas maneəni hava məkanında nəzarətindən kənar obyektlərin dövriyyə etməsi əleyhinə olan hökumətlərin mövqeyi təşkil edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm