Texnoloji
Superkompüter beynin 1 saniyəlik iş modelini hazırlayıb
İnsan beyninin fəaliyyətinin modelləşdirilməsi
üzrə ən mürəkkəb və dəqiq sınaqlar Yaponiyanın “K Supercomputer”
superkompüterində həyata keçirilib. Beynin fəaliyyətinin 1
saniyəsini təsvir etmək üçün dünyanın ən güclü
superkompüterlərindən biri hesab edilən “K Supercomputer” 40
dəqiqəlik hesablama aparıb.
“ICTnews” elektron xəbər xidməti
“cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “K”
dünyanın dördüncü ən güclü kompüteri hesab edilir: qurğu 705024
“SPARC” prosessor nüvəsindən ibarətdir və 1,4 milyon qiqabayt əməli
yaddaşa malikdir. Beyin fəaliyyətinin simulyasiyası üzrə layihə
Yaponiyanın “RIKEN” tədqiqat qrupu, Okinava İnstitutu və Almaniya
Yulix Fənlərarası Mərkəzinin birgə araşdırmasıdır. Mühəndislər
deyiblər ki, onlar tərəfindən hazırda dünyanın ən böyük neyron
simulyasiya şəbəkəsinin modelləşdirilməsi həyata
keçirilib.
Mütəxəssislərin simulyasiya mühiti yaratmaq üçün
istifadə etdikləri “Neural Simulation Technology” (NEST) açıq
proqram təminatı 10,4 trilyon sinapsa birləşdirilmiş 1,73 milyard
sinir hüceyrələrindən virtual şəbəkə təsvir edib. Bu rəqəmlər
heyrətləndirici olsa da, onlar insan beyninin ümumi neyron
şəbəkəsinin yalnız 1%-ni təşkil edir. Alimlər deyiblər ki, onların
testi superkompüterlərin müasir hesablama limitini əyani
göstərib.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı