• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Camal Kondu: “NLP ilə kəşf ediləcək çox şey var” - MÜSAHİBƏ

Camal Kondu: “NLP ilə kəşf ediləcək çox şey var” - MÜSAHİBƏ

İnsanlıq tarix boyu özünü tapmağa çalışıb. Bununla bağlı elm sahələri yaranıb, formalaşıb. Ədəbiyyat, fəlsəfə, psixologiya, sosiologiya və s. elmlər insanı və onun davranışlarını çözməyə çalışıb.

Nəticələr bəzən ortaq nöqtədə kəsişsə də, əksər hallarda ziddiyət təşkil edib. Nəhayət, kəşfi XX əsrin II yarısına təsadüf edən edən NLP ötən 50 il ərzində Qərbdə istər elmdə, istərsə də sosial həyatda kəskin dəyişikliklərə səbəb oldu. “Dərd bilinmədən, dərman tapılmaz”. – məsəlinə uyğun olaraq NLP insanı çözməyə başladı. Ortaya nəzəriyyəni təsdiq edən praktik iş qoydu. İnsan davranışlarındakı ziddiyyətləri izah edib həlli istiqamətində sistematik üsullar təqdim etdi. Bunun nəticəsi olaraq NLP bu gün ABŞ və Avropada 150-dən çox institutda və 2 universitetdə - təhsil, iş dünyası, səhiyyə, fərdi inkişaf, ailədaxili ünsiyyət və terapeya sahələri üzrə tədris olunur.

Qonşu Türkiyədə 90-cı ildən başlayan təlim və təbliğat bu gün real nəticələri ilə göz qabağındadır. Bir neçə ildir ki, NLP Azərbaycanın da sosial həyatına nüfuz edib. NLP-nin insanların həyatına müsbət təsiri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə mütamadi olaraq materiallar dərc olunur. Bu dəfə də Türkiyənin NLP təlim ustadı Camal Kondu ilə müsahibəni təqdim edirik.

Camal Kondu kimdir?

Camal Kondu 1978-ci ildə Türkiyədə, İzmirdə doğulub. İzmirdə təhsil alıb, menecment fakultəsi məzunudur. 14 ildir davranış elmləri, fərdi inkişaf, insan mühəndisliyi, trans, meditasiya, komanda işi, liderlik, psixodrama və s. sahələrdə bir çox fərdi araşdırma və işlər gerçəkləşdirib.

O, NLP, Hipnoz, Reiki, EFT, GTT, Kinesiyoloji, Nəfəs və s. fərdi inkişaf sahələrinin mütəxəssislərinin birliyi olan MTİ (Maind Training İnstitude ) qurumunda peşəkar təlimçilər arasında yer tutur. Camal Kondu Türkiyədə MTİ qrumu ilə işləyə bilən bir neçə Master Trenerdən biridir.

Beynəlxalq NLP Mütəxəssisləri Birliyinin (İNLPTA) təlimlərini bitirib, trener olub. İNLPTA-nın qurucusu və dünyanın ilk peşəkar təlimçisi olan Dr. Vyatt Voodsmall , 16 illik asistanı Dharma Z. Gaynes, Avstraliya NLP Dərnəyinin qurucusu Debra T. Vylde və Riçard Bandler Camal Kondunun NLP təlimçiləri olub. NLP və fərdi inkişaf haqqında 8-dən çox kitabın müəllifidir.

NLP-nin nə olduğunu təlim və kitablardan müəyyən qədər mənimsəmişik. Bir mütəxəssis kimi NLP-ni siz necə izah edərdiniz?

NLP-nin mənası və nəzəri cəhəddən açıqlaması birdir: NLP- Neyro Lingvistik Proqlamlaşdırma (Neuro Linguistic programming).

Neyro: Beş duyğu üzvümüzü istifadə edərək təcrübələrimizi şüurlu və ya şüuraltı proseslərə çevirən bir sistemdir, beynimiz və sinir sitemimizin bütün funksiyalarını ifadə edir.

Linguistik: Dilin, təcrübələrimizə məna qazandırmaq və bu təcrübələri özümüzə və başqalarına köçürtmək üçün istifadə etdiyimiz sözlü və ya sözsüz mesaj və simvolları təmsil edır.Yəni nə ilə düşündüyümüzü, danışdığımızı və duyğuları kodlayaraq necə çatdırdığımızın sistemidir.

Proqramlama: Hədəfimizə çatmaq üçün istifadə etdiyimiz zehin proqramlarıdır.Bu proqramların keyfiyyəti həyat keyfiyyətini təyin edir. Hər cür təcrübə, yaxşı və ya pis olmasından asılı olmayaraq bir zehin proqramının nəticəsidir.Qısacası, necə düşündüyümüz, nəylə düşündüyümüz və bu düşüncələri davranışa necə çevirdiyimiz; bu köçürmələrlə nə cür nəticələr əldə etdiyimiz həyat keyfiyyətimizi formalaşdırır. Proqramlar dəyişərsə davranışlar, duyğular və hərəkətlər də dəyişər.

NLP - bir fərdi inkişaf və dəyişim modeli olaraq sadəcə bir vasitədir. Arzu edilən hədəflərə çata bilmək üçün dil, duyğu və düşüncənin sistematik olaraq təsirli istifadə edilməsidir. Hədəflərə çatmaq üçün xüsusi bir şəkildə düşünmək, danışmaq və davranmaq lazımdır. Hər bir fərddə öz həyatını uğurlu, xoşbəxt, zəngin edəcək resurslar var. Önəmli olan bu resursların fərqində olmaq və bunları bilərək, istəyərək, məqsədli şəkildə istifadə edə bilmək bacarığına yiyələnməkdir. NLP insanlara, öz resurslarını istifadə etdirən önəmli bir ünsiyyət, düşüncə və davranış formasıdır.

Məqsədlərimizə çatmaqda və istədiyimiz həyat tərzini yaşamağımızda necə bir yol izləyəcəyinizi öyrədir. Bir vasitənin təsirli ola bilməsi üçün ustalıqla, doğru və məqsədinə sadiq qalaraq ona uyğun şəkildə istifadə edilməsi lazımdır. Mükəmməl bir vasitə belə bir naşının əlində işə yaramadığı halda, adi bir vasitə bir ustanın əlində möcüzələr yarada bilər. Önəmli olan doğru və məqsədinə görə istifadə edə bilmə bacarığını inkişaf etdirə bilməkdir. NLP, insanın inkişafında bir dəyişim modelidir. İnsanın öz mükəmməlliklərini kəşf etməsi kompleks proseslər və modellər toplusudur. Xəritə bölgənin özü olmadığına görə NLP ilə kəşf edəcək çox şey olacaq, təbii ki, əgər bunu istəyirsinizsə...

NLP bir insana nələri öyrədir?

NLP düşüncə və duyğuların daxili dünyamızda necə formalaşdığını öyrənməklə başlayır. Heç bir şey təsadüf nəticəsində yaranmır. Hər şey müəyyən bir sıralamayla başlayır və son dərəcə mənalı bir şəkildə reallaşır. NLP, bu davranış və duyğu zəncirinin şifrəsini tapmağa köməkçi olur. Əgər sizi nələrin dibə çəkdiyini anlaya bilsəniz bunlardan necə qurtulacağınızı da öyrənəcəksiniz. Bu da sizi mümkün təhlükə və zərərlərdən qorumuş olacaq. Davranışlarımızın şifrələrini tapmaq, bir dedektivin ipuclarını doğru şərh etməsi prosesinə bənzəyir. Özünü kəşf etmək əyləncəlidir.Özünüzü kəşf etdikdən sonra özünü dəyişdirmək isə möhtəşəm bir gücdür. Bu güc əlçatmaz deyil. Bu gücə hər kəs çata bilər.

İnsanın fərdi dəyişiminə NLP necə rəhbərlik edir?

NLP-nin bizə verdikləri arasında xüsusilə özümüzlə olan daxili dialoqumuzu dəyişdirmək əsas yer tutur. Özümüzlə olan ünsiyyətimiz, gələcəyimizin necə olacağı haqda bir ipucu verir. Özümüzlə münasibətimiz necədirsə, həyatla da münasibətimiz elədir.

NLP, eyni zamanda nəfəs alıb vermə şəklimiz, fiziki sağlamlığımız, xəyallarımız, hədəflərimiz ehtiraslarımızla əlaqəlidir. O dəyərlərimizin fərqində olub dəyişməyimizə, hədəflərimizi professional şəkildə idarə etməyimizə və insanlarla sağlam əlaqələr qurmağımıza kömək edir.

Öz yerimə bunları deyə bilərəm: Əgər bu qədər ildən sonra belə sırf NLP ilə edilə biləcək şeylər haqqında danışanda eyni həyəcanı yaşayıramsa, NLP heç də çölə atılmayacaq qədər güclü bir vasitədir və mütləq bu güc istifadə olunmalıdır.

NLP harda istifadə oluna bilər?

Dediyimiz kimi NLP iş həyatı, ailə, insanın öz-özünə tətbiq etdiyi psixoloji terapiya, özünə inam, özünə dəyər vermə, ünsiyyət, satış kimi sahələrdə istifadə oluna bilən və ciddi fərqlər yaradan texnikaların toplusudur. NLP həyatın hər sahəsində istifadə oluna bilər desək şişirtmiş olmarıq, çünki NLP insanı dəyişdirir, insan cəmiyyəti, cəmiyyət də həyatı dəyişdirir.

NLP-nin İş düyasındakı yeri nədir?

Bədən dili, Ünsiyyət və Satışda NLP-ni mənimsəmiş bir kollektiv arasındakı uğur və stres idarəsini mənim izah etməyimlə dəyərləndirmənizi deyil, müşahidə etmənizi istərdim.

NLP ilə iş dünyasında uğurlu olmağın əsas sirri nədir?

NLP ilə iş dünyasında uğurlu olmağın sirri NLP-ni yaxşı öyrənməklə başlayır. NLP-nin nəzəri qisminə dair məlumatlar mövcud olsa da sadəcə oxumaq bildiklərimizin elə nəzəriyyə olaraq qalmasına səbəb olur. Belə olan halda NLP-nin ən vacib hissəsi olan nəzəzriyyəni bacarıqlara çevirmək və sintez etmək, yəni mənimsəmək və tətbiq etmək məsələsində çətinlik çəkə bilərsiz. Buna görə də, NLP ilə uğurun sirri ən yaxşı NLP trenerlərdən (məşqçilərdən) birbaşa və uzun müddətli təlim və koçluk alaraq, bunları həyatımıza tətbiq etməkdən keçir. İş həyatımızdakı faydaları baxımından əslində çox istiqamətli və fərdə bağlı olaraq dəyişiklik göstərməklə, birbaşa çalışdığım qurumlarda və ya adamlarda ən çox təcrübədən keçirtdiyimiz dəyişikliklər qısaca vurğulamaq lazımdrısa bunlardır;

-Özünə inamın artması,

-Hədəflərin düzgün seçilməsi,

-Daha da ustalıqla sual vermək bacarıqları,

-Əlaqələrini möhkəmləndirmələri,

-Dili daha təsirli istifadə etmələri,

-Duyğu və düşüncələrin daha da inkişaf etdirilməsi,

-Həm nəticəyə, həm də prosesə fokuslana bilmələri,

-Daha dayanıqlı olmaları (stresin idarə olunması),

-Əsla təslim olmamaları,

-Həyat gücünün vacibliyinin fərqində olmaqları,

-Sahib olduqları fərdi və ətrafındakı resursları təsirli istifadə edə bilmələri

-Koçluk və mentorluq bacarıqlarının inkişaf etdirilməsi,

- Qurumlarda işçilələrin peşəkarlığı inkişaf etdirildiyi kimi, həm də komanda olma, liderlik, satış bacarıqları, çətin insanların idarəsi, doğru və həqiqi hədəf qoymaq, problem həll etmək bacarıqlarının inkişaf etdirilməsi kimi bir çox mövzuda müsbət nəticələr təmin edilir.

-İş həyatında insanların dəyişimində NLP-də bizim üçün ən vacib ünsürlərdən biri də “İnsan Olma Qaydaları”dır. Bu qaydalar əsl müsbət etiketləri formalaşdırır və dəyişimi başladır.

NLP necə öyrənilir? Necə tətbiq edilir? NLP təlimi keçən zaman nələrə diqqət edilməlidir?

NLP təlimində diqqət edilməsi lazım olan məsələlərdən biri də mümkün olan ən yaxşı təlimçi ilə çalışmaqdır. Bu sahədə yetərli qədər praktikası olmayan və beynəlxalq sertifikat verməyən NLP mütəxəssəslərindən təlim almaq düzgün deyil. Təlim alacağınız təlimçi mütləq araşdırılmalı və alternativlər nəzərdən keçirilməlidir. Təlimin mənimsənilməsi və digər tərəfdən də həyata keçirilməsi çox vacibdir.

NLP mütəxəssisi seçərkən o mütəxəssisin hansı qurumlardan təlim aldığını araşdırmaq lazımdır. İstinadlara baxmaqda da fayda var. Mütəxəssisin neçə saat nəzəri təlim aldığı, neçə saatlıq praktik çalışmaya sahib olduğu , iş və şəxsi həyat təcrübələri vacibdir. Mütəxəssislər həm NLP, həm də koçluk çalışmalarında etik qaydalara bağlılığın, uyğunluğun və güvənin çox vacib olduğunu xatırladır. NLP-nin də koçluk kimi akreditə olunmuş sertifikatları mövcuddur. Sertifikatsız təlim verən və praktik çalışmalara sahib olmayan insanlarla çalışmamaq məsləhət görülür.

NLP ilə Dəyişim Necə Həyata Keçirilir?

Dəyişim, insanın zehnində və duyğularında başlıyır, dünyagörüşünün dəyişdirilməsi və şəxsin keçmişinin yaxşılaşdırılması çalışmaları ilə yeni NLP bacarıqlarının əldə edilməsindən sonrakı səviyyələrdə özünü bəlli edir və çox rahat şəkildə hiss edilir.

NLP-nin düşüncə gücünə və zəkaya təsirləri nələrdir?

“İnsan düşündüyü qədər güclü, inandığı qədər dəyərlidir.” NLP-nin ən əsas məqsədi beynin istifadə qaydasını təqdim etməkdir. İstifadəsini bilmədiyiniz bir şeyi idarə edə bilməzsiniz. Beyin, həqiqətnən saxtanı bir-birindən ayırd edə bilmir. Mövcud zəkanızı istifadə etmək üçün “fokus və inanc ” sisteminizi tarazlı və şüurlu şəkildə istifadə etməyə məcbursnuz. İQ-sü yüksək olan insanlar niyə uyğunlaşma problemi yaşayarlar? Akademik uğurları niyə aşağıdır? Təkcə İQ-nüz yetərlimidir?

NLP-nin öyrənmə prosesinə nə kimi faydaları var?

İdeal öyrənmə halında ümumiyyətlə əzələlərimiz rahat və yumşaqdılar, heç bir qorxu və narahatlıq yoxdur. Zehin aydın və sakitdir. Öyrənmək zövqverici və həyəcanlıdır. Atmosfer istidir. Münasibətlər təbii və avtomatikdir. Öyrənmə mərhələsində daxili uyğunluq əsasən yüksəkdir.

-İdeal öyrənmənin ilk şərti öyrənmə atmosferini hazrılamaq və öyrənmə psixologiyasına (moduna-rejiminə) girməkdir. Bu vəziyyət yaradıldıqdan sonra öyrənmə özü özlüyündə çox rahat olacaqdır.

-Yaxşı bir öyrənmədə mövzunun və atmosferin uyğunluğu qədər, mövzunu izah edənin özünə güvəni, mövzuya inanması və enerji vəziyyəti öyrənməni asanlaşdıracaqdır.

-Yaxşı bir öyrənmədə mövzunu izah edən, dinləyicilərlə isti bağlar qurduqdan sonra mövzuya başlamalı və mövzunu dinləyənlərin vəziyyəti davamlı izlənilməlidir.

-Hekayə danışmaq, maraq yaratmaq, maraqlı misallarla başlamaq, yaradıcılığı istifadə etmək, digər öyrənmə strategiyalarındandır.

-NLP, xüsusilə öyrənmə strategiyaları mövzusunda daha yaxşı bir təhsil üçün yeni bir işıq və yeni bir texnologiyadır.

-NLP-nin, daha təsirli və əhatəli öyrənmə üçün müəllimlərin və digər şəxslərin öz öyrənmə strategiyalarını anlamalarında və tez öyrənmədə gətirdiyi rahatlıqlar, hər kəsə faydalıdır.

Azərbaycanda NLP-nin inkişafı Türkiyədən necə görünür? İnkişafları izləyirsinizmi?

Fərdi inkişaf sektorunun vahid şəkildə inkişafını göz önünə alsaq Azərbaycanda NLP daha tam mənasıyla tanınmır. Türkiyənin 90-ci illərin sonundakı vəziyyəti indi Azərbaycanda yaşanır. Xalqın içindən sadəcə kiçik bir insan qrupu NLP-nin nə olduğunu bilir. NLP-nin L-si dillə bağlı olduğundan, insanlar bu təlimi mümkün qədər öz dillərində və ya eyni dil qrupuna daxil olan dillərdə almalıdırlar. Dil NLP-də önəmlidir, hər dilə xas olan ayrı qəliblər var.

Azərbaycanda təlimlər verməyi düşünürsünüzmü?

İndiyə qədər NLP öyrənmək istəyən şəxslər Azərbaycandan Türkiyəyə gəlirdi. 2014cü ilin iyunundan etibarən müəyyən aralıqlarla Azərbaycanda da təlimlər planlaşdırırıq.İlk təlim İyun ayında, “NLP Practitioner” olaraq başlayacaq və tələblərə uyğun şəkildə davam edəcəyik.

NLP-nin təsirini daha sürətli edən şey nədir?

NLP-nin təsirini artıran ən önəmli tərəfi, arzu edilən hədəfə fokuslanmış olmasıdır. Keçmişə fokuslanmaq həyatımızda bu qədər geniş yayıldığı halda NLP hədəfə fokuslanaraq ən sürətli dəyişimi təmin edir.

NLP iqtisadi inkişafa kömək edə bilərmi? Şirkətlər işçilərinə NLP təlimləri verməklə nəyə nail ola bilərlər?

Müəllimlər, satış və marketinqçilər, idarəçilər, həkimlər, xalqla əlaqəli işlərdə çalışanlar, insan qaynaqları mütəxəssisləri kimi birbaşa insanlarla ünsiyyət halında olan peşə qrupları NLP-dən faydalana bilərlər.Orta və yuxarı səviyyəli idarəçilərlə, kariyerasına yeni başlayanlarla işləyirəm, əsasən stres, duyğu idarəsi, motivasiya və ünsiyyət sahələrində çalışıram. NLP texnikalarını bilməyin faydalarını isə belə vurğulaya bilərəm:

- Zehni təsirli istifadə edə bilmək, düşüncə, duyğu və davranışlara nəzarət etməyi asanlaşdırır,

- Təsirli ünsiyyət qurmağa kömək edir,

-Duyğuları idarə etməyə kömək edir,

-Motivasiyanı artırır,

-Şəxsi performansı artırmağa dəstək verir,

-İnsanlara təsir etməyə kömək edir,

-Yaradıcılığı artırır,

-Özgüvəni artırır,

-Zehindəki əngəlləri və qorxuları aradan götürməyə kömək edir

-Mənasız düşüncə qəliblərini dəyişdirməni təmin edir.

Sizi NLP-yə gətirən nə oldu?

Hər bir tələbə kimi yeni və sürətli məlumata sahib olmaq həvəsiylə, ünivesitet imtahanlarına hazırlaşan zaman özümü daha çox inkişaf etdirmək məqsədiylə NLP ilə tanış oldum. NLP-nin sürətli və təsirli tərəflərini kəşf etdikcə, daha çox təlim və daha çox məlumat toplamağa başladım.

Həyatınızda nələr dəyişdi?

NLP, şübhəsiz ki, bir möcüzə deyil, ancaq mən öz həyatımda istədiyim həyatı yaşamağı, istədiyim kariyeranı əldə etməyi bacardım. Hər keçən gün özümü inkişaf etdirir və zənginləşdirirəm. Hər yeni günü yeni bir şans və fürsət kimi görüb dəyərləndirməyə çalışıram.Tələbələrin, məsləhətçisi olduğum insanların, qurumların, məktəblərin özlərini inkişafına və xəyallarını reallaşdırmaqlarına kömək etməyə cəhd göstərirəm. Özümü, NLP ilə tanış olduqdan sonra daha funksional hiss etməyə başladım. Çünki NLP, işə yarayan məlumatları istifadə etmə sənəti olduğu üçün tətbiq etmək və nəticəyə çatmaq üçün daha dəqiq həllər təqdim edir. Dolayısı ilə, hədəfə daha rahat, daha elastik və daha qısa yoldan çata bilərsiz.

NLP-ni təcrübədən keçirtmək istəyənlərə nələr tövsiyyə edərdiniz?

NLP mükəmməl bir güc və təsir vasitəsidir. Bu baxımdan NLP dünyada da olduğu kimi Türkiyədə də bir çoxları tərəfindən yaxşı niyyət olmadan istifadə edildi. NLP-ni təcrübədən keçirtmək istəyənlərə tövsiyyəm: doğru insandan təlim almaları, şüurlu olaraq NLP tətbiqlərini həyata keçirtmələridir.Təlim alacaqları şəxslərin keçmişlərini araşdırsınlar. NLP-də müəyyən qayda və qanunlar vardır. Bunların davamlı tətbiq edilməsi bizim üçün çox önəmlidir.

PS.Müsahibənin təşkilində NLP Master və Fərdi İnkişaf ustadı Babək Bayramova təşəkkür edirik.

Elçin MURAD

Xəbər lenti

DAHA ÇOX XƏBƏR