Marsda qəribə daş
Bizi izləyin

Texnoloji

Marsda qəribə daş

Günəş panelləri sayəsində təxminən 10 ildir Marsdakı müşahidələrinə davam edən Opportunity kosmik gəmisi NASA-nı çaşqına çevirib.

Belə ki, 2013-cü ilin noyabr ayından bəri yerindən tərpənməyən Opportunity-nin eyni bölgəyə aid yeni şəkillərində bundan əvvəlki kadrlarda görünməyən bir daş ortaya çıxıb.

“Pinnacle Island” adlı daş internetdə böyük müzakirələrə səbəb olub. Daşın haradan gəldiyinə dair qəti bir məlumat yoxdur. Bəziləri kosmik obyektin meteroit, yəni düşən bir meteorun parçası olduğunu deyib.

Nəzəriyyəyə görə, Marsa düşən bir meteroit parçalandıqdan sonra parçalardan biri Opportunity-nin düz yanına gəlib.

Bir digər nəzəriyyəyə görə, Opportunity manevr edərkən daşa dəyib. Həmin gün Opportunity “Cape Elizabeth” adı verilən hədəfə doğru istiqamət dəyişdirmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm