• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Uşaqlar bu telefonlardan istifadə etməlidir - YENİLİK

  • Texnoloji
  • 17 Yanvar 2014 12:32
  • 1 272 Baxış
Uşaqlar bu telefonlardan istifadə etməlidir - YENİLİK

Azərbaycanda uşaqlar üçün təhlükəsiz mobil telefonların satışı üçün iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet veriləcək.

Bu barədə təklifi artıq Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə (RİTN) təqdim edib.

Bu sözləri açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdir müavini Pərviz Əliyev deyib. O, bildirib ki, artıq təklifi RİTN-ə göndəriblər: "Bizim göndərdiyimiz təklifdə qeyd olunub ki, iPhone, Android telefonlarına süzgəcdən keçirilmiş internet verilsin. Həmin telefonlar sırf uşaqlar üçün satışa buraxılsın”.

P. Əliyev onu da qeyd edib ki, bu təklifin bir-iki il ərzində reallaşması nəzərdə tutulub.

Movqe.az məsələ ilə bağlı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri İsfəndiyar Əliyevlə əlaqə saxlayıb. İ. Əliyev artıq təklifin RİTN-ə daxil olduğunu deyib, amma reallaşması üçün hüquqi və texniki baza yaradılmalıdır:

"Uşaqlar üçün bu cür telefonların satışa buraxılmasını birdən-birə gerçəkləşdirmək mümkün deyil. Bunun üçün mövcud qanunvericiliyə əlavələr edilməlidir. Üstəlik, maliyyə ayrılmalıdır. Yəni bu işin maliyyə tərəfini özəl sektorun üstünə atmaq olmaz. Təklif analiz edilməli mexanizmləri üzərində düşünülməlidir”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR