Texnoloji
"Facebook" profillərinizi bu üsulla qoruyun
"Facebook" profillərinin sındırılması və oğurlanması, eyni zamanda müəyyən şəxslərin adına açılan saxta hesablarda həmin şəxsin şərəf və ləyaqətini alçaldan şəkillərin paylaşılması, şəxsə qarşı nalayiq ifadələrin işlədilməsi və s. sosial şəbəkə istifadəçilərinin tez-tez qarşılaşdıqları əsas problemlərdəndir. Təcrübə göstərir ki, əksər hallarda bu kimi problemlər istifadəçilərin sosial şəbəkələrdən istifadə ilə bağlı məlumatsızlığından, müəyyən qaydalara riayət etməməsindən qaynaqlanır.
Publika.az xəbər verir ki, mövcud problemlərin
aktuallığını nəzərə alaraq, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi internet
istifadəçilərini sosial şəbəkələrdə təhlükəsizlik qaydaları ilə
tanış edir.
"Facebook"un şərt və qaydaları ilə tanış olun: "Facebook" sosial
şəbəkəsində qeydiyyatdan keçməzdən əvvəl "Facebook"un hazırladığı
şərt və qaydalarla tanış olmağınız zəruridir.
Mühafizə parametrlərini yoxlayın: İlk növbədə, istifadə
etdiyiniz hesabınızın gizlilik və təhlükəsizlik parametrlərini
yoxlayın.
Fərdi məlumatlarınızı qoruyun: Fərdi məlumatlarınızı yerləşdirərkən
ehtiyatlı olun. Yalnız müəyyən şəxslərə fərdi məlumatlarınızı
görməyə icazə verin.
Blok edin: Əgər kimsə "Facebook"da sizin şərəf və ləyaqətinizi alçaldacaq sözlər yazarsa, sizi təhdid və ya təhqir edərsə, ilk olaraq həmin şəxs barədə "Facebook" sosial şəbəkəsinin mövcud bölməsindən həmin hesabı blok edin.
Kompüterinizin müdafiəsini gücləndirin:
Təhlükəsizlik qaydalarına riayət etməyə siz öz kompüterinizi
yoxlamaqdan başlamalısınız. Çünki kompüterinizdə ziyanverici
proqramlar mövcud olduğu halda asanlıqla sizin e-poçt və sosial
şəbəkə hesablarınızın şifrləri oğurlana bilər.
Sizə gələn mesajlarla diqqətli olun: Bəzən "Facebook"da elə
mesajlar qəbul edirik ki, bunlar bizi hər hansısa keçidə klikləməyə
və ya proqramı yükləməyə dəvət edir. Əgər "Gələnlər qutusu"
bölməsinə bu cür mesajlar daxil olmuşdursa, həmin mesajdakı
linklərə əsla keçid etməyin və onu spam kimi işarələyin.
Reklamlardakı linklər çox vaxt məqsədli olaraq sizin hesabınızı
oğurlamaq və ya kompüterinizi korlamaq məqsədilə göndərilmiş ola
bilər.
Mürəkkəb şifrlərdən istifadə edin: Sadə şifrlərdən istifadədən
çəkinin (məsələn, 123456 və öz adınız və s.). Şifriniz ən azı 8
simvoldan ibarət olmalıdır. Şifrdə böyük və kiçik hərflər,
rəqəmlər, simvollar (məsələn, +, @, #, $ və s.) istifadə
olunmalıdır.
Tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin: Bəzi şəxslər sizin fərdi məlumatlarınızı, şəkillərinizi ələ keçirmək məqsədilə sizə naməlum hesabdan dostluq göndərə bilər. Bu səbəbdən tanımadığınız şəxslərin dostluq təklifini qəbul etməyin.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO