• USD 1,7001 0,00% EUR 2,0063 +0,31%
    • GBP 2,2469 +0,21% RUB 0,0296 -0,34%

Korporativ müştəri Bakcell haqqında danışdı

Korporativ müştəri Bakcell haqqında danışdı

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti öz korporativ müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlərini təqdim etməkdə davam edir.

Ölkədə ən geniş və dayanıqlı şəbəkəyə malik olan Bakcell şirkəti hər bir müştərisini qarşılıqlı biznes tələbatlarına uyğun olaraq ən əlverişli təkliflə təmin etmək üçün tariflərinin çeşidini daim artırır.

"Caspian Telecom" MMC olaraq, biz Bakcell şirkəti ilə 2009-cu ildən əməkdaşlığa başlamışıq. Bu illər ərzində Bakcell şirkəti bizə qarşı münasibətdə yüksək standartlara cavab verən korporativ müştəri xidmətlərini təmin edib, fərdi yanaşma və çevik qiymət siyasətini həyata keçirib. Bu səbəbdən, bir korporativ müştəri olaraq, biz digər şirkətlərə də "Bakcell"in xidmətlərindən istifadə etməyi tövsiyə edirik.

İnanırıq ki, telekommunikasiya sahəsində fəaliyyət göstərən bu iki aparıcı şirkət arasında əməkdaşlıq gələcəkdə yalnız korporativ müştəri-şirkət münasibəti çərçivəsində məhdudlaşmayacaq və birgə daha maraqlı, innovativ layihələrə imza atılacaq",- deyə "Caspian Telecom" MMC-nin sədr müavini xanım Mahizər Tağıyeva bildirib.

"Caspian Telecom" kimi müştəri ilə əməkdaşlıq etmək bizım üçün olduqca xoşdur. Bizim korporativ müştərimiz olmaqla yanaşı, bu şirkətin innovativ layihələrin dəstəklənməsinə olan peşəkar münasibəti və istəyi bizə insanları onların həyatını daha da asanlaşdıran qabaqcıl texnologiya və nadir təkliflərlə təmin etmək üçün daha bir imkan yaradır. Bizim şirkətlərimiz eyni məqsədi bölüşürlər - müştərilərimizə onların xərclədiyi pulun müqabilində daha çox dəyər vermək. Biz hər bir korporativ müştərimizlə eyni təcrübəyə nail olmaq üçün əlimizdən gələni edəcəyik",- deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru cənab Fedja Hadziç bildirib.

"Caspian Telecom" MMC uzun illərdir ki, özəl və dövlət qurumlarına, bank sektoruna fiber optik texnologiya bazasında ən müxtəlif İnformasiya və Kommunikasiya Texnologiyaları xidmətləri göstərir.

"Caspian Telecom" MMC fiber-optik kabel üzərindən internet, fiber-optik və ayrılmış Ethernet xətləri, virtual özəl şəbəkələr (VPN), SWİFT, video müşahidə, korporativ İP telefoniya, şəbəkə təhlükəsizliyi, şəbəkə monitorinqi, 3G texnologiyaları ilə bank sistemlərinin qurulması xidmətlərini göstərməklə yanaşı, eyni zamanda "Ailə TV" kabel televiziyası və "Ailə NET" internet provayderi tərəfindən göstərilən xidmətlərə də sahibdir. Öz fəaliyyətində ən yüksək texnologiyalardan istifadə edən "Caspian Telekom" şirkəti mobil operator seçimində də öz prinsiplərinə sadiq qalaraq, ən son texnologiyalardan istifadə edən, üstün şəbəkə və geniş əhatə dairəsinə malik olan, keyfiyyətli xidmət və sərfəli qiymət təklif edən "Bakcell" şirkətinə üstünlük verib.

Xanım Mahizər Tağıyevanın Bakcell ilə əməkdaşlıq barədə danışdığı video müsahibəni bu keçiddən istifadə edərək izləyə bilərsiniz: https://goo.gl/K4W8ZT

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. "Bakcell"in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>