Azərbaycanda milli sosial şəbəkə yarandı – FOTOLAR
Bizi izləyin

Texnoloji

Azərbaycanda milli sosial şəbəkə yarandı – FOTOLAR

Azərbaycanlı gənclər milli sosial şəbəkə yaradıb.

Azərbaycanlı gənclər milli sosial şəbəkə yaradıb.

Milli sosial şəbəkə aprelin 1-dən aktivləşdirilib. Bu sosial şəbəkə “MyTagram” adlanır. Bu barədə “MyTagram”ın yaradıcıları Həmzə Hüseynli, Xosrov Əsgərov, Mürsəl Əliyev, Nüsrət Alışov məlumat verib.

Onların sözünə görə xeyli vaxtdır ki, bu şəbəkənin üzərində işləyirlər:

“Aprelin 1-dən istifadəyə verilmiş şəbəkədə artıq 500-dən çox üzv var. Bir il ərzində 100 min olmağı hədəf seçmişik. İnşallah ki, istəyimizə nail olacağıq”.

“MyTagram”ın adminlərinin verdiyi məlumata görə, onlar kiçik yaşlarından sayt qurmağa meylli olublar və indi də onun bəhrəsini görürlər.

ABŞ, Rusiyanın İnternet inhisarından qurtulmaq üçün bütün dünya dövlətlərində bir səy olduğunu diqqətə çatdıran "MyTagram" adminləri artıq bütün dünyadakı azərbaycanlıları yeni milli sosial şəbəkəmiz olan "MyTagram" saytına dəvət edir.

Sayt tam rahat və çevikdir, bir sosial şəbəkəyə gərəkli olan hissələrdən də artıq yenilənmələr yaradılıb. /axar.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm