Texnoloji
Azercell Müştəri Xidməti Mərkəzi saat 23.00-a qədər fəaliyyət göstərəcək(R)
1996-ci ildə, yarandığı gündən etibarən Azercell ölkəmizdə innovativ müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən aparıcı şirkətdir.
Şirkət müştərilərə xidmət sahəsində daim öz bacarıqlarını təkmilləşdirir və ölkədə fəaliyyət göstərən geniş sayda təşkilat və şirkətlərlərlə öz təcrübə və biliklərini bölüşür. Bu günlərdə Azercell Telekom yay mövsümünün başlanması ilə əlaqədar olaraq daha bir yeniliyini həyata keçirib. Belə ki, şirkətin Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzi həftə ərzində səhər saat 9.00-dan gecə saat 23.00-a qədər abunəçilərinə xidmət göstərəcək. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiyaya ölkədə ilk dəfə məhz Azercell tərəfindən tətbiq olunur. Bu yenilik abunəçilərə öz vaxtlarından daha səmərəli istifadə etməyə imkan yaradaraq Azercell-in müştəri xidməti mərkəzindən, demək olar ki, fasiləsiz şəkildə istifadə etməyə şərait yaradacaq.
Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi,2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, “online” şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Belə ki, 2011-ci ildə şirkət İSO 10002.2004 beynəlxalq standartına (keyfiyyətin idarə olunması-Müştəri məmnuniyyəti-şikayətlərə baxılmasına dair təlimatlar) uyğunluq sertifikatını alıb. Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Eyni zamanda, sosial media üzərindən abunəçilərinin suallarını ən operativ cavablandırmasına görə Azercell “Socialbakers” beynəlxalq tədqiqat şirkəti tərəfindən diplomla təltif olunub.
Hazırda Azercell-in Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur ki, bunlar da səmərəli fəaliyyət və şirkətin daim inkişafda olmasının bariz nümunəsidir.
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib