• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

İlk noutbuklar – FOTOLAR/VİDEO

  • Texnoloji
  • 3 Avqust 2016 17:43
  • 1 256 Baxış
İlk noutbuklar – FOTOLAR/VİDEO

İngilis dilində “laptop” adlandırdığımız noutbukların yaranmasının maraqlı tarixçəsi mövcuddur.

Publika.az xəbər verir ki, ilk dəfə əllə rahat daşına bilən kompüter yaratmaq ideyası “Xerox Corporation” şirkətində çalışan Alan Kay tərəfindən 1972-ci ildə irəli sürülsə də, ancaq hazırda sıx istifadə etdiyimiz dizüstü noutbuklar ilk dəfə 1983-cü ildə istehsal edilib. Buna qədər isə ideya olsa da, ancaq potensial alıcılıq bazarı formalaşmamışdı.

1981-ci ildə isə “Osborne Computer Corporation” şirkətində çalışan Alan Osborne “Osborne 1” adını verdiyi əllə daşına bilən və 11 kiloqramlıq çəkisi olan kompüter hazırlayır. Ancaq o, bu günümüzdə istifadə edilən noutbuklardan fərqlənirdi.

İlk noutbuklar isə Bill Moggride tərəfindən hazırlanır və buna “GRiD Compass 1101” adı verilir. Bu noutbuklar ilk dəfə 1982-ci ildə satışa çıxarılır.

Ancaq nədənsə “Galivan Computer” firmasının 1983-cü ildə hazırladığı noutbuklar “ilk dizüstü kompüter” kimi tarixə düşür. Buna səbəbi kimi də həmin noutbukun o zamana qədər istehsal edilən ən kiçik dizüstü kompüter olması göstərilir.

Vasif Həsənli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>