• USD 1,7000 0,00% EUR 1,9906 0,00%
    • GBP 2,2728 0,00% RUB 0,0276 0,00%

Analoq yayım bu ilin sonuna qədər dayandırıla bilər

Analoq yayım bu ilin sonuna qədər dayandırıla bilər

“Rəqəmsal yayıma tam keçid məsələsini yəqin ki, bu ilin sonuna qədər həll edəcəyik”.

Bunu Trend-ə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

N.Məhərrəmli bildirib ki, artıq bir çox ölkələrdə bu məsələ həllini tapıb: “Azərbaycanda da bununla bağlı hər hansı bir problem yoxdur. Artıq biz rəqəmsal yayıma keçmişik. Söhbət analoq yayımın dayandırılmasından gedir”.

MTRŞ sədri bildirib ki, əhalinin hamısının dekoderlərinin olmamasını nəzərə alaraq analoq yayımın dayandırılması məsələsi uzadılır: “Bilirsiniz ki, insanların hamısının, xüsusən də regionlarda olan insanların dekoderləri yoxdur. Ona görə nə qədər ki, imkanımız var, analoq yayımın dayandırılmasını uzadırıq”.

Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub. Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>