Texnoloji
"WhatsApp" Almaniyada SİM kartların satışına başlayıb
"WhatsApp" messenceri Almaniyada öz mobil rabitə tarifini istifadəyə verib.
Tarif istifadəçilərə messencerdən
hesabda hətta pul olmadıqda limitsiz istifadəyə imkan verir. Şirkət
SİM kartların satışını Almaniyanın "E-Plus" mobil operatoru ilə
birlikdə həyata keçirəcək ki, bununla da "WhatsApp" virtual mobil
rabitə operatoruna çevrilir. Şirkət nümayəndələrinin sözlərinə
görə, İT-şirkət ilk dəfədir operator ilə belə saziş
imzalayır.
Əvvəlcədən edilən ödəniş modeli üzrə işləyən "WhatsApp" SİM
kartlarının tarifi 10 avro təşkil edir ki, bunun da hesabına
istifadəçi 600 danışıq vahidi əldə edir. Hər vahidi bir meqabaytlıq
məlumata, bir dəqiqəlik danışığa və ya bir SMS-bildirişə sərf etmək
olar. Bu xərclərə istifadəçilərin 600 vahidi sərf etdikdən sonra
limitsiz istifadə edə biləcəkləri "WhatsApp" məlumatlarının
yüklənməsi daxil deyil.
Tarif dəyəri bir dollar olan əlavə üçün illik ödənişin ləğv edilməsini nəzərdə tutmur. Şirkət limitsiz çıxışın bu yaxınlarda messencerdə yer alacaq səsli zənglərə şamil ediləcəyi barədə məlumat vermir. "WhatsApp" dünyada ən populyar messencerlərdən biridir.
Servis 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılıb. 2014-cü ilin fevralında şirkəti "Facebook" sosial şəbəkəsi 19 milyon dollara satın alıb. Almaniyada "WhatsApp" smartfonların 90 faizində quraşdırılıb. Bu isə o deməkdir ki, ondan ölkə əhalisinin 30 milyonu istifadə edir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...