• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Türkiyə Facebook və Instagram-a rəqib yaratdı - FOTO

Türkiyə Facebook və Instagram-a rəqib yaratdı - FOTO

"Pondr" hazırda "Apple App Store"da ən yaxşı yeni proqramlar sırasına daxil olub.

Türkiyə “Facebook” və “Instagram”ın populyarlığından və çox istifadə edilməsindən qorxmayaraq özünün sosial şəbəkəsini yaradıb.

Qardaş ölkənin qurduğu sosial şəbəkəyə "Pondr" adı verilib.



"Apple App Store"da ən yaxşı yeni proqramlar sırasına girməyi bacaran "Pondr" digər bənzər sosial şəbəkələrdən öz fikir və məzmun paylaşımı zamanı daha əlverişli imkana malik olması ilə seçilir.



Təcrübədən keçirmək üçün istifadəçilər bir neçə şəkil yükləyib, duyğu ikonları, rəylər qeyd ediblər. Həmçinin digər imkanları da yoxlanılıb.



Sosial şəbəkənin təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxış edən şirkətin prodüseri Əziz Akgül bunları söyləyib:



"Pondr ağlınıza gələn hər cür şəkil barədə yoldaşlarınızın fikirlərini öyrənə bilmək, bütün dünya ilə paylaşmaq imkanı verir. "Pondr"da hansısa paylaşım haqqındakı fikriniz heç vaxt itmir. Həm də insanların fikir və rəylərinin görünmə sayı digər məşhur sosial şəbəkə saytları ilə müqayisədə, "Pondr"da daha çoxdur".



Layihənin prodüseri, həmçinin şəbəkəni daha da genişləndirəcəklərini, dünyanın bütün ölkələrində istifadəçi saylarının artırılması üçün əllərindən gələni edəcəklərini vurğulayıb. /anspress

Xəbər lenti

DAHA ÇOX XƏBƏR