BMT-dən açıqlama: Azərbaycan regionda liderdir
Bizi izləyin

Texnoloji

BMT-dən açıqlama: Azərbaycan regionda liderdir

Azərbaycan BMT Komissiyasının davamlı inkişaf naminə genişzolaqlı rabitə üzrə reytinqində fərdi istifadəçilər arasında internetə daxil olma səviyyəsinə görə regionun lideridir.

Virtualaz.org bildirir ki, bu barədə qurumun “Genişzolaqlı rabitənin vəziyyəti 2015” hesabatında deyilir.

Aparılmış araşdırmalara əsasən, 2015-ci ildə Azərbaycan 2014-cü illə müqayisədə 27 pillə yüksələrək 191 ölkə arasında 77 faizlik nəticə ilə 36-cı yeri tutub.

Türkiyə, Ermənistan, Gürcüstan və İran müvafiq olaraq 82, 72, 99 və 103-cü yerlərdə qərarlaşıblar. Rusuiya 43-cü, ABŞ isə 40-cıdır.

Fərdi istifadəçilər arasında (inkişaf etməkdə olan ölkələr üzrə) internetə daxil olmaq səviyyəsi üzrə Azərbaycan 13 pillə yüksələrək 77 faiz nəticə ilə 147 ölkə arasında 11-ci yeri tutub.

Mobil genişzolaqlı internetə daxil olma dərəcəsinə görə Azərbaycan 60,92 faiz göstərici ilə 60-cı yerdə möhkəmlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm