"WhatsApp"dan bir çoxlarını MƏYUS EDƏN YENİLİK
Bizi izləyin

Texnoloji

"WhatsApp"dan bir çoxlarını MƏYUS EDƏN YENİLİK

WhatsApp qısa zaman əvvəl təqdim etdiyi qrup içində etiketlənmə xüsusiyyətini inkişaf etdirdi. Amma bu bir çoxlarının ürəyincə olmaya bilər.

Qısa zamanda bir çox yeniliklərə imza atan WhatsApp, bildiyiniz kimi qrup içində etiketləmə xüsusiyyətini istifadəyə vermişdi. Bu xüsusi funksiya ilə siz bir adama yazmaq istədikdə ona private(şəxsi) deyil, qrup içindən də "@" işarəsi qoyub, şəxsi seçərək yaza bilirdiniz. İndi isə WhatsApp bu vəziyyəti dəyişdirərək etiketlənən şəxsə istəyindən asılı olmayaraq bildiriş göndərəcək.

Məsələn, siz hər hansı qrupda yer alırsınız və həmin gün aparılan müzakirələr sizin xoşunuza gəlmir. Bunun üçün qrupu səssiz rejimə keçirib və bildirişləri göstər seçimini etmirsiniz. Amma qrupda sizin cavab verməli olduğunuz müzakirə gedir və siz hər şeydən xəbərsizsiniz. Buna görə də bu yenilik tam sizin üçündür. Beləliklə, dostunuz, tanışınız sizi etiketləyir və sizin qrup bildirişləriniz qapalı olsa belə, xüsusilə bir bildiriş gələcək və mövzuya daxil ola biləcəksiniz. Təbii ki, bu vəziyyət mütəmadi etiketlənmə ilə mənfi nəticələrə də səbəb ola bilər. Amma bir çox hallarda müsbət hal sayıla bilər. (technote.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm