“Nokia” əfsanəsi qayıdır – 19 saatlıq enerji ehtiyatı ilə - VİDEO
Bizi izləyin

Texnoloji

“Nokia” əfsanəsi qayıdır – 19 saatlıq enerji ehtiyatı ilə - VİDEO

"Microsoft" şirkəti yeni və düyməli "Nokia 216" telefonunu təqdim edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə korporasiya rəsmi açıqlama yayıb. Öz formatına baxmayaraq, cihaz smartfonlarda olduğu kimi, proqram əlavələrini, oyunları dəstəkləyir. Telefonda "Opera Mini" brauzeri qurulub.

Cihaz 2,4 ekran ölçüsünə, ön və arxa kameraya, 2 min nəfərlik "qeyd dəftəri"nə malikdir. Ümumi yaddaşı kartla 32 Gb-ə qədər artırmaq mümkündür.

Telefon fonar, FM-radio, mp3 pleyer, videooynadıcı, "Bluetooth 3.0" modulu, 1020 mAs-lıq batareya ilə təchiz olunub.

Yeni "Nokia"nın 2 simkartlı (dual) variantı da var. Telefonun qiyməti açıqlanmasa da, onun təxminən 45 dollara yaxın olacağı bildirilir. Artıq Hindistan bazarında satışa çıxarılan “Nokia 216” 19 saat enerji saxlaya biləcək.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm