İKT sektorunda gəlirlər artıb
Bizi izləyin

Texnoloji

İKT sektorunda gəlirlər artıb

2014-cü ilin birinci rübü ərzində İKT, informasiya, poçt sektorunda əldə olunan gəlirlərin həcmi müqayisəli qiymətlərlə ötən ilə nisbətən 13.3% artıb.

Publika.Az-ın məlumatına görə, İKT, informasiya, poçt sektorunda əldə olunan gəlirlərin ÜDM-da payı 1.9% təşkil edib.

Hazırda ölkədə hər 100 nəfərə düşən mobil istifadəçilərin sayı 110, internet istifadəçilərin sayı 73-ə bərabərdir. Genişzolaqlı internet istifadəçilərinin sayı 55-dir. Ölkədə əhalinin internet xidmətlərinə təlabatının artırılması nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 250 Gb/s çatdırılıb. Qlobal internet şəbəkəsinə qoşulma sürəti ilin əvvəli ilə müqayisədə 6.5 Gbit/s artırılaraq 36.5 Gbit/s çatrılıb. Hər 100 ailəyə düşən telefon aparatlarının sayı 69.01 ədəddir, bu göstərici Bakı şəhəri üzrə 136.76, respublikanın digər ərazilərində 48.1, kənd yerlərində 32.8 ədəddir.

Bu ilin birinci rübündə dünya ölkələrindən Azərbaycana daxil olan beynəlxalq girişin trafikinin həcmi ötən illə müqayisədə 30.4 mln dəqiqə azalaraq, 97.8 mln dəqiqə, çıxış trafikinin həcmi 10.0 mln dəqiqə azalaraq 3.1 mln dəqiqə təşkil edib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm