Əli Abbasov:““Azərspace -1” kommersiya fəaliyyətini gücləndirib”
Bizi izləyin

Texnoloji

Əli Abbasov:““Azərspace -1” kommersiya fəaliyyətini gücləndirib”

"2014-cü ilin birinci rübü ərzində ölkənin ilk telekommunikasiya peykinin tutumunun satışı artırılıb. Hazırda peyk üzərindən 66 kanal yayımlanır".

Publika.Az-ın məlumatına görə, bu sözləri bu gün Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov bu ilin birinci rübünün yekunlarına həsr olunmuş tədbirdə səsləndirilib.

Nazir bildirib ki, “Azərspace-1” kommersiya fəaliyyətini gücləndirməkdədir. Ötən il 10 mln ixrac edibsə, bu il 15 mln ixrac planlaşdırırıq. Bu il kreditlərin verilməsi üçün Maliyyə Nazirliyinin imkanlarında istifadə ediləcək. Lakin növbəti ildən rentabelli fəaliyyətinə başlayacaq. “Ukraynanın “Ukrkosmos” Dövlət müəssisəsinə icarəyə verilən peyk tutumunun həcmi 4 dəfə artır;lıb. Eyni zamanda Türkiyənin “Samanyolu” kanalının yayımı üzrə müqavilə bağlanıb. Bir sıra kanallarla da danışıqlar aparılır.

“Azərkosmos”ASC ilə ABŞ Ticarət və İnkişaf Agentliyi (USTDA) arasında imzalanmış Qrant Müqaviləsinə (604 mln ABŞ dolları dəyərində) uyğun olaraq keçirilən tenderin nəticəsində “Global REsources” şirkəti qalib elan edilib. Artıq “Azərspace-2” ikinci telekommunikasiya peykinin orbitə buraxılması texniki-iqtisadi əsaslandırmaların hazırlanmasına başlanıb”.

Nazir onu da vurğulayıb ki, çox yüksək ayırdetməli aşağı orbitli peykin 2017-ci ildə orbitə çıxarılması üzrə tender prosesinə başlanıb. Tenderdə 6 iddiaçı iştirak edir. Bu ilin may ayında tenderin açılışı nəzərdə tutulur.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm