Azercell-dən “Qızıl nömrələr” üzrə müstəsna təklif (R)
Bizi izləyin

Texnoloji

Azercell-dən “Qızıl nömrələr” üzrə müstəsna təklif (R)

Azercell-dən “Qızıl nömrələr” üzrə müstəsna təklif!

Ölkənin telekommunikasiya bazarının lideri Azercell Telekom MMC daim abunəçilərin daha səmərəli və rahat xidmətlərdən istifadə etməsi üçün müxtəlif layihələr tətbiq edərək bu yaxınlarda öz müştəriləri üçün unikal və yeni bir xidmət təklif etmişdir.

Bu dəfə şirkət abunəçiləri üçün Azercell Qızıl nömrələrinin İnternet üzərindən çox rahatlıqla və tamamilə pulsuz əldə etmək imkanını yaratmışdır. Aprelin 15-dən etibarən Azercell-dən Qızıl nömrələri sayt vasitəsilə, həm də pulsuz sifariş etmək mümkündür.

http://www.mysim.az/gold/ saytında təqdim edilən nömrələrdən istədiyini seçib, sifariş formasının doldurmaq lazımdır. Bundan sonra saytda göstərilən müştəri xidmətləri ofisindən nömrəni əldə etmək mümkündür. Bunun üçün sadəcə satış qiyməti dəyərində məbləği balansa yükləmək lazımdır.

Yəni, nömrə üçün ödənilən məbləğ elə həmin nömrənin balansına yüklənilir, danışıqlara sərf olunur, nömrə isə pulsuz əldə edilir. Azercell-in təqdim etdiyi yeniliyin, bundan əlavə, başqa üstünlükləri də var. Əvvəla, Qızıl nömrələrin sayt üzərindən satışı müştərilərin rahatlığını təmin edir. Abunəçi heç yerə getmədən satışda olan qızıl nömrələr və onların qiyməti ilə tanış olur, özünə uyğun nömrəni seçib sifariş edir. Digər tərəfdən, ən önəmli faktorlardan biri də nömrənin pulsuz əldə olunması imkanıdır. Həmçinin, müştəri əvvəlcədən nömrənin qeydiyyatdan keçirilməsi üçün hansı müştəri xidmətləri mərkəzinə yaxınlaşmalı olduğu barədə əvvəlcədən məlumatlandırılır.

Qeyd edək ki, saytda təqdim olunan qızıl nömrələr (050) prefiksli olmaqla 200 və 299 rəqəmləri ilə başlayır. Azercell tərəfindən 3 dildə istifadəyə verilən www.mysim.az/gold saytından abunəçilər yaddaqalan və diqqət cəlb edən Azercell Qızıl nömrələrini faktiki olaraq pulsuz əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, www.mysim.az saytı xüsusi Azercell nömrələrinin seçimi və axtarışı üçün bir sıra əlverişli funksiyalara malikdir – bunun üçün sadəcə olaraq əsas səhifədə abunəçini maraqlandıran nömrəni axtarış funksiyasına daxil etmək lazımdır. Nəticədə, sistem nömrənin olub-olmamasını müəyyən edərək müsbət cavabın olduğu halda, bu nömrənin əldə edilməsi mümkün olan məntəqənin ünvanını qeyd edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm