Facebook-da dostların yerini müəyyən etmək olacaq
Bizi izləyin

Texnoloji

Facebook-da dostların yerini müəyyən etmək olacaq

Facebook sosial şəbəkəsi mobil istifadəçiləri üçün “Yaxınlıqda olan dostlar” (“Nearby Friends”) funksiyasını işə salacaq. Şirkətin bloqunda qeyd olunub ki, smartfon telefon istifadəçiləri dostların harada olması haqda bildiriş alacaq.

Əsasən Apple İOS və Google Android əməliyyat sisteminin istifadəçiləri yeni Facebook funksiyasından gələn həftədən etibarən istifadə edə biləcək. Bu funksiya hələ ki, ABŞ-da fəaliyyət göstərəcək. Yenilikdən digər istifadəçilərin nə zaman istifadə edə biləcəyi haqda dəqiq məlumat yoxdur.

Yeni funksiya aktiv olduqda müəyyən vaxt ərzində yaxınlıqda yerləşən dostlar haqda istifadəçiyə bildiriş gələcək. Bu funksiyanı söndürməklə istifadəçi öz yerini gizlədə biləcək. Hazırki funksiyanın hansı radiusda fəaliyyət göstərməsi haqda Facebook məlumat vermir.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm