Texnoloji
Nazirlikdən mobil telefonların qeydiyyatı ilə bağlı açıqlama
Azərbaycanda mobil telefonların IMEI kodlarının məlumat bazasında 13,4 milyondan çox mobil telefon qeydiyyata alınıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, mobil telefonlarla yanaşı, sistemə GSM standartlı (naviqator, məişət texnikası və b.) qurğular daxil edilib.
Məlumata görə, sistemin istifadəyə verildiyi andan mobil telefonların itməsi ilə bağlı müraciətlərin sayı təxminən 2,2 min təşkil edib və onların şəbəkədə işi kəsilib.
Azərbaycanda mobil telefonların IMEI kodlarının (istehsalçı zavodun verdiyi unikal kod) qeydiyyatı sistemi 2013-cü il mayın 1-dən işə salınıb.
Həmin tarixdən etibarən respublika ərazisinə şəxsi istifadə (Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində) üçün idxal edilən mobil telefonları 30 gün ərzində qeydiyyatdan keçirmək lazım olacaq. Bu qaydalar Azərbaycana gələn turist və qonaqlara şamil edilmir. Onların mobil telefonlarına rouminq xidməti göstərilir.
Yeni sistem mobil telefon bazarının vəziyyəti (bazarın həcmi, idxal edilən leqal və qeyri-leqal məshulların sayı) haqqında dədiq məlumat almağa imkan verir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO