Texnoloji
Tarif siyasəti ilə əlaqədar Azercell Telecom MMC-nın rəsmi bəyanatı (R)
Azercell Telekom MMC trafik mübadiləsi üzrə qiymətlərin aşağı salınması ilə əlaqədar Tarif Şurası və Nazirlər Kabinetinin verdiyi qərarı bütövlüklə dəstəkləyir, çünki, sözügedən qərar ilk növbədə abunəçilərin maraqlarına qulluq edir.
Mobil rabitə bazarının lider şirkəti olaraq biz müştərilər üçün “qiymət-keyfiyyət” nisbətinin əhəmiyyətini dərindən anlayırıq. Biz abunəçilərimizin gözləntilərini daha yüksək səviyyədə qarşılamaq üçün planlı şəkildə, daim öz tariflərimizi yeniləyirik. Hal-hazırda mobil bazarın bir oyunçusu ilə fəal danışıqlar mərhələsindəyik. Sözügedən şirkətlə bizim aramızda trafik mübadiləsi üzrə “assimetrik tarif” tətbiq olunur: bu o deməkdir ki, tərəfimizdən həmin operatorun şəbəkəsinə göndərilən trafikin tarifi, onun bizə göndərdiyi trafikin tarifindən daha yüksək təyin olunub. Azercell Telekom həmin operatora dəfələrlə müraciət edərək, trafik mübadiləsi üzrə tarif siyasətinə yenidən baxılmasını təklif etmiş, tariflərin bərabər səviyyəyə gətirilməsinə, mobil xidmətlər bazarında isə rəqabətin güclənməsinə təkan verəcək addımların atılmasına çağırmışdır. Biz qeyd olunan danışıqların təşəbbüskarı kimi çıxış edərək, səylərimizin müvafiq dəstək alacağına inanırıq, çünki bu səylər birbaşa olaraq bütün operatorların abunəçiləri üçün faydalı sayılan şəbəkəxarici zənglərin tariflərinin endirilməsinə xidmət edir.
Biz mövcud vəziyyətin qısa müddətdə həll olunmasında əminik: fikrimizcə, bazardakı bütün oyunçuların fəaliyyəti, nəticə etibarı ilə, müştərilərin daha müsbət təcrübə ilə üzləşməsinə və onlara göstərilən xidmət səviyyəsinin təkmilləşməsinə təsir etməlidir. Bu hadisələrin müsbət məcrada inkişafı, bizim şəbəkədaxili tariflərin tətbiqində çevik olduğumuz kimi, şəbəkəxarici tariflərdə də eyni, müştəri yönlü yanaşmanı tətbiq etməyə imkan verəcək. Misal üçün, yalnız ötən il ərzində 3-cü dəqiqədən sonra pulsuz danışıq fürsəti yaradan Bölgə tərifi çərçivəsində endirimlər 50%-dan çox təşkil etmiş, nəticədə isə bu tarif bir milyondan artıq abunəçini cəlb etmişdir. Məhz bizdə üç milyondan artıq abunəçi, yəni abunə bazamızın 70%-i, 3-cü dəqiqədən sonra sıfır tarifi ilə danışır: bunların bir milyonu regional, digər iki milyonu isə gənclər üçün tariflərdən yararlanırlar. Şirkətimiz müxtəlif seqmentlər üçün sərfəli təkliflər təqdim edir: tələbələr, dövlət qulluqçuları, veteranlar, jurnalistlər, bölgə sakinləri – hər bir abunəçi özünə daha sərfəli olan tarifi rahatlıqla seçə bilər.
Tariflərin aşağı salınması ilə bərabər, Azercell daim öz şəbəkəsinin və müştəri xidmətlərinin təkmilləşdirilməsinə, yeni innovativ xidmətlərin yaradılmasına vəsait yatırır. Şirkətimiz bundan sonra da bütün abunəçilərə ən sərfəli və keyfiyyətli xidmət göstərmək naminə səylərini davam etdirəcək.
Hörmətlə,
Azercell Telekom MMC
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin124 Aprel 21:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial24 Aprel 19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ24 Aprel 19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika24 Aprel 18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə24 Aprel 18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO