NASA-dan yeni iddia: Yupiterin peykində həyat var
Bizi izləyin

Texnoloji

NASA-dan yeni iddia: Yupiterin peykində həyat var

Amerika Milli Aero-Kosmik Agentliyi NASA Yupiter planetində araşdırmalarına dair yeni təfərrüatlar açıqlayıb.

NASA laboratoriyasının tədqiqatçıları belə bir iddia irəli sürüblər ki, Yupiterin və bütün Günəş sisteminin ən böyük peyki olan Qanimed peykində həyatın mövcud olması üçün şərait var.



Qanimed peyki bir neçə yüz kilometr dərinliyi olan nəhəng okeanı formalaşdıran qaya süxurlarından və donmuş buz qatından ibarətdir. Bu, Günəş sistemində öz maqnit sahəsinə malik olan yeganə peykdir. Onun həmçinin tərkibinə oksigen daxil olan zərif atmosfer qatı da var.



NASA alimləri bu peykin okeanını tədqiq edərkən belə bir nəticəyə gəliblər ki, bu okean qeyri-bərabər şəkildə donub, yəni - ondakı buz qatları böyük duz kütləsi hesabına donmayaraq maye halında qalan su qatları ilə növbələşir. Alimlər ehtimal edirlər ki, duzlu su okeanın dibinə çata və qaya süxurları ilə əlaqəyə girərək, üzvi həyatın inkişafı üçün vacib olan şəraiti yarada bilər./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm