Azercell “Socially devoted” sertifikatına layiq görüldü(R)
Bizi izləyin

Texnoloji

Azercell “Socially devoted” sertifikatına layiq görüldü(R)

Azercell sosial şəbəkələrdə liderliyə görə yenidən “Socially devoted” sertifikatına layiq görüldü

Azərbaycan mobil bazarının lider şirkəti - Azercell Telekom MMC artıq üçüncü dəfədir ki, onlayn müştəri xidmətləri sahəsində rekord göstəricilərə nail olaraq, “Socialbakers” beynəlxalq tədqiqat təşkilatından bu ilin I rübü üçün “Socially devoted” (Sosial sədaqətli) sertifikatına layiq görülüb.

Sosial şəbəkələrin monitorinqini keçirən məşhur “Socialbakers” şirkətinin apardığı araşdırma göstərib ki, istifadəçilərin sayına görə Azercell-in Facebook səhifəsi ölkədə ilk yerlərdən birini, mobil operatorlar arasında isə birinci yeri tutur. Hal-hazırda Azercell-in rəsmi Facebook səhifəsinin istifadəçilərinin sayı 360 000 nəfəri ötüb və bu rəqəm gündən-günə artmaqdadır. Hələ 2012-ci ildə Facebook səhifəsində istifadəçilərin verdiyi sualların operativ şəkildə cavablandırılmasına görə Azercell ölkədə “Socially devoted” adına layiq görülmüş ilk mobil operator olmuşdur. Sertifikata layiq görülmək üçün səhifə istifadəçilərinin ildən-ilə artan müraciətlərinin cavablandırma səviyyəsi ölçülür. 2014-cü ilin I rübündə Azercell-in bu göstəricisi 97%-ə bərabər olub və şirkət ən qısa zamanda bu rəqəmi 100% çatdırmağı planlaşdırır. Yüksək istifadəçi sayı ilə bərabər Azercell həmçinin, səhifədəki abunəçilərin fəallığı və aktiv istifadəsi baxımından da dəfələrlə ilk yerləri qazanmışdır.

Qeyd etmək istəyirik ki, Azercell sosial şəbəkələrdə rəsmi səhifə yaradan ilk mobil operator olmuşdur. Rəsmi səhifəni yaratmaqda məqsəd abunəçilərlə daha sıx əlaqənin qurulması, onlara yeniliklər haqqında operativ məlumatın çatdırılması idi. Eyni zamanda, bu səhifələrin köməyi ilə şirkət abunəçilərin istək və müraciətlərini daha dərindən başa düşüb, onların çevik cavablandırılmasına nail olmuşdur.

Azercell hal-hazırda sosial şəbəkələrdə müştəri xidmətlərini tətbiq edən yeganə operatordur. Məhz bu yanaşma nəticəsində, Azercell abunəçiləri 24/7 rejimində yüksək keyfiyyətli xidmətdən yararlana bilir və altı fərqli sosial şəbəkənin imkanlarından istifadə edirlər: Facebook, Twitter, Disput.Az, Google+, YouTubeInstagram. Bu şəbəkələrdə verilən suallar ən qısa zamanda, hətta bir neçə saniyə ərzində cavablandırılır.

Twitter şəbəkəsində Azərbaycan dilindəki məzmunu monitorinq edən Aztwi.com internet səhifəsinin verdiyi statistik məlumata görə, Azercell-in bu sosial şəbəkədəki səhifəsi yalnız mobil operatorlar arasında deyil, eyni zamanda, ölkədə təmsil olunan bütün brendlər arasında ən çox istifadəçisi olan səhifədir.

Bununla bərabər, Azercell Azərbaycanda çalışan bütün şirkətlər arasında öz Twitter səhifəsi üçün təsdiqlənmiş (verified) statusu alan ilk şirkət olmuşdur. Qeyd edək ki, bu statusu Twitter şirkəti məşhur təşkilatlara, brendlərə və tanınmış şəxslərə yalnız özü verir.

Telekommunikasiya xidmətlərində liderliyi qoruyan Azercell həmçinin, digər yenilikçi səhələrdə də birinci olmağa, abunəçilərinə ən son texnologiya və həllərə çıxış imkanı yaratmağa çalışır. Bü gün Azercell həm texniki, həm də müştəri xidmətləri baxımından öz abunə bazasını ciddi şəkildə artırmağa hazırdır və 4,5 milyon müştəri ailəsinə qoşulmaq, yüksək keyfiyyətli rabitənin üstünlüklərindən zövq almaq istəyənləri şirkətin abunəçisi olmağa dəvət edir!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm