Texnoloji
“Milli genişzolaqlı internetin inkişafı” layihəsi müzakirə edilib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılması üzrə hazırlıq prosesi ilə bağlı geniş müzakirə keçirilib.
RYTN-nin mətbuat xidmətindən publika.az-a verilən məlumata görə, iclasda “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin icrasına başlanılanadək, əhalinin müasir telekommunikasiya və genişzolaqlı xidmətlərə daha çox tələbatı olduğu regionlarda “Aztelekom” İB tərəfindən hazırlanmış pilot layihənin həyata keçirilməsi qərara alınıb.
Birliyin daxili imkanları hesabına təmin ediləcək sözügedən layihənin texniki-iqtisadi əsaslandırması istehsalçı şirkətlərin təklifləri, yeni texnologiyaların tətbiqi və hazırda potensial tələbat olan ərazilər nəzərə alınmaqla hazırlanıb.
Sonda layihənin 3 ay müddətində başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub
-
İdman15:15
Həbsxanadan məktub yazdı: İki zabitin qarşısında soyunmalı oluram - FOTOLAR
-
Rəsmi xronika14:51
Azərbaycan Qırğızıstanla Anlaşma Memorandumu imzaladı
-
Hadisə14:06
Sabiq baş pediatr özünü güllələdi - TƏCİLİ
-
Rəsmi xronika14:05
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - Yeniləndi