Korlar üçün telefon satışa çıxarıldı - FOTO
Bizi izləyin

Texnoloji

Korlar üçün telefon satışa çıxarıldı - FOTO

İngiltərədə bir firma tərəfindən istehsal edilən telefon satışa çıxarılıb.

İngiltərədə bir firma tərəfindən istehsal edilən telefon satışa çıxarılıb.

İngiltərədə istifadəçilərə öz mobil telefonlarını hazırlamaq imkanı təqdim edən "OwnFone" firması variantları arasına Brayl əlifbasını (korların əlifbası) da əlavə edib.

Firma tərəfindən bundan əvvəl başqa şirkətlərin də Brayl əlifbası olan telefon hazırladığını, lakin ilk dəfə bunların satışa təqdim etdiyi bildirilib.

Telefona sahib olmaq üçün şirkətin internet saytına girərək "klaviatura" variantında Braylı seçmək lazımdır. Kredit kartı böyüklüyündə olan telefon 3D nəşr üsulu ilə hazırlanır.

Hal-hazırda sadəcə İngiltərədə satışa çıxarılan telefonun qiyməti isə 79 manatdır. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm