Mobil danışıq qiymətləri aşağı salınacaq – nazir müavinindən AÇIQLAMA
Bizi izləyin

Texnoloji

Mobil danışıq qiymətləri aşağı salınacaq – nazir müavinindən AÇIQLAMA

Mobil danışıq qiymətləri aşağı salınacaq – nazir müavinindən AÇIQLAMA

“Bu ilin payız aylarından etibarən Azərbaycanda internet və mobil telefon danışıqlarında tarif haqlarının aşağı salınması gözlənilir”.

Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycanın rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, hazırda yay ayları olduğu üçün əhalinin internetdən istifadəsi azalır və qiymət endirimləri gözəçarpan olmur. Nazir müavini deyib ki, qiymətlərin neçə faiz endirilməsi isə hələlik məlum deyil:

“Hazırda mobil operatorlar da qiymətləri nəzərdən keçirirlər. Xüsusilə də “roaming” xidmətləri ilə bağlı qiymətlərə baxılır. Nazirliyin son kollegiya iclasında da mobil operatorlara bir sıra tapşırıqlar verilib. Mobil operatorlar özləri də çalışır ki, müəyyən dəyişikliklər olsun. Əslində, mobil operatorlar bir-birləri ilə rəqabət apardığı üçün qiymətlərdə də dəyişikliklər baş verir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm