Bir gün mobil telefonunuz olmasa - Nomofobiya
Bizi izləyin

Texnoloji

Bir gün mobil telefonunuz olmasa - Nomofobiya

Nomofobiya – mobil telefondan istifadə etməyin mümkünsüzlüyü nəticəsində qorxu ilə səciyyələnən yeni fobiyadır. Telefonun qida bloku qurtarıb, şəbəkə itib və ya o haradasa unudulub, nəticədə insanda panika, narahatlıq yaranır.

Hələ 2008-ci ildə aparılmış tədqiqatlar göstərmişdi ki, insanların 53%-i telefonunu heç vaxt söndürmür, 9%-i isə telefonsuz çox ciddi əsəb keçirir.

Qenui Universiteti bu fobiyanı Diaqnostik və statistik dərsliyin psixi xəstəliklər üzrə növbəti buraxılışına daxil edilməsini təklif edir.

Alimlər 15 ildə telefonundan bir saniyə belə ayrılmayan braziliyalını nümunə gətirirlər. O, yalnız telefonla özünü təhlükəsiz hiss edirmiş. Psixiatrlar onun vəziyyətini qismən də olsa yaxşılaşdıra bilsələr də (panik hallar azalmışdı), lakin fobiyanı müalicə edə bilməmişdilər. Həmin şəxs telefonu əlinin altında olmayanda özünü narahat, həyəcanlı hiss edirdi.

Bu, ailə və ya dost-tanışlarla əlaqə yaratmaq mümkünlüyündən asılılıqdır. Və ya yaxınların telefon sahibi ilə xüsusən də fövqəladə hallarda əlaqə yaratmayacağından irəli gələn qorxudur. İnsanların 55%-inin narahatçılığına da səbəb kimi məhz bu göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm