Qeydiyyatsız radioelektron cihazların sayı
Bizi izləyin

Texnoloji

Qeydiyyatsız radioelektron cihazların sayı

Bu ilin yanvar-may aylarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ 159 radioelektron

Bu ilin yanvar-may aylarında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) mütəxəssisləri tərəfindən müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ 159 radioelektron vasitə (REV) aşkarlanıb.

İdarədən bildiriblər ki, mütəxəssislər ümumilikdə 295 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə texniki baxış keçirmiş və müvafiq qaydada aktlar tərtib ediblər.

Texniki baxış zamanı aşkarlanan 159 qeydiyyatdan keçməyən müxtəlif növ REV-dən 54-ü möhürlənmiş, 59-u qeydiyyata salınmış və qalan 46-nın isə qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 9 protokol yazılmış və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm