(R)TeliaSonera şəbəkəsində inanılmaz rouminq tarifləri
Bizi izləyin

Texnoloji

(R)TeliaSonera şəbəkəsində inanılmaz rouminq tarifləri

Orta Asiya ölkələri ilə yalnız Azercell-lilər ucuz danışa bilir

Turizm mövsümü başlayandan insanların əksəriyyətini əsasən bir məsələ maraqlandırır: istirahət etmək, yetərincə gəzmək və yeni mövsüm üçün bolluca enerji toplamaq.

Bakının qızmar istisinə dözə bilməyənlər məzuniyyət günlərində ölkənin hüdudlarından kənara çıxmağa üstünlük verirlər. Bu zaman azərbaycanlı turistlərin istirahət üçün üz tutduğu ölkələr arasında MDB dövlətləri xüsusi yer tutur. Bu ölkələrə həm dincəlmək, həm də biznes qurmaq üçün gedən soydaşlarımız kifayət qədərdir.

Son illər bütün dünyada, o cümlədən Azərbaycanda Şərq dünyasına, xüsusilə də Asiya ölkələrinə maraq artıb. Görünür, azərbaycanlılar üçün din və dil ortaqlığı bu ölkələri daha cəlbedici edir.Bizə ən yaxın olan Orta Asiya ölkələri isə turizmdə populyar istiqamətə çevrilir. Bu ölkələrə səyahət edən azərbaycanlını - istər turist, istər iş adam olsun - ən çox narahat edən məsələlərdən biri də mobil rabitə xidmətinin keyfiyyəti və qiymətidir.

Axı indi mobil rabitəsiz nəinki bir gün, bir saat belə keçinmək olmur. Lakin bəzi xarici ölkələrdə rouminq çox baha olduğundan, insan sanki öz aləmindən ayrı düşür, yaxınlarından xəbər tuta bilmir.

Bildiyimiz kimi, Azərbaycanda mobil telefon istifadəçilərinin məmnun qaldığı, ən ucuz qiymətə ölkənin istənilən bölgəsi ilə saatlarla danışa bildiyi operator “Azercell Telekom” MMC-dir. Məhz Azercell-in sayəsində dünyanın bütün ölkələrinə, xüsusilə Orta Asiya regionuna səfər edən həmyerlilərimiz ucuz qiymətə rouminqlə danışmaq imkanı əldə edirlər. Məsələn, Özbəkistan, Tacikistan, Qazaxıstana gedən Azercell abunəçiləri yerli zənglər üçün 25 qəpik, Azərbaycana və digər istiqamətlərə edilən zənglərin dəqiqəsi üçün isə cəmi 50 qəpik ödəyirlər. Bu ölkələrdə olan Azercell-lilər SMS-i ümumiyyətlə çox ucuz – 9 qəpiyə göndərə, mobil internetin 1MB üçün isə 45 qəpik ödəyə bilərlər. Qeyd edək ki, belə ucuz rouminq qiymətləri yalnız Azercell-də mövcuddur və TeliaSonera qrupuna daxil olan 15 ölkədə tətbiq olunur..

Eyni zamanda, Orta Asiyada fəaliyyət göstərən operatorların da Azercell ilə xüsusi rouminq qiymətləri qüvvədədir. Odur ki, ölkəmizə gələn turistlər də Azercell-in sayəsində həm rahat zəng edir, həm də mobil internetdən istifadə edirlər, bunun müqabilində isə az pul ödəyirlər. Məsələn, Qazaxıstanda fəaliyyət göstərən Kcell mobil telefon operatorunun rouminq tarifləri çox sərfəlidir. Azərbaycana gələn Kcell abunəçilərinin Azercell şəbəkəsi vasitəsilə Qazaxıstana zənglərinin dəqiqəsi 39 sentə başa gəlir.

Yeri gəlmişkən, qeyd edək ki, Qazaxıstanın Kcell mobil operatoru ölkənin 46,8 faiz ərazisini və 95,8 faiz əhalisini əhatə edir. Bu şirkət TeliaSoneranın Orta Asiyadakı ilk müəssisəsi olub. Geniş abunəçi bazasının hesabına Kcell hazırda bu regionda ən böyük mobil operatordur.

Tajikistanda səfərdə olan Azercell abunəçiləri TeliaSonera üzvü- Tcell operatoru vasitəsilə ünsiyyət qurarkən xeyli endirim əldə edirlər.Belə ki, Tcell-ə qoşulan Azercell-lilər ölkə daxili zənglər üçün 25 qəpik, , Azərbaycana və digər ölkələr edilən zənglərin dəqiqəsi üçün 50 qəpik ödəyirlər. Azərbaycan turistləri üçün SMS göndərmək də çox sərfəlidir – cəmi 9 qəpik, 1 MB mobil internet isə 45 qəpikdir. Bu tariflər digər TeliaSonera üzvləri –Ispaniya, Moldova, Danimarka, Norveç, Finlandiya, Isveç, Latviya, Litva, Estoniya, Özbəkistan, Qazaxıstan, Tajikistan, Gürcüstan üçün də keçərlidir. Qeyd etmək vacibdir ki, Azercell abunəçiləri üçün TeliaSonera qrupu daxilində təqdim olunan sərfəli rominq qiymətləri bazarda olan qiymətlərdən orta hesabla 4 dəfə ucuzdur .

Səyahətə çıxan həmvətənlilərimizi sevindirəcək daha bir xəbər var: yay mövsümü zamanı səyahət edən Azercell Fakturalı xətt abunəçiləri rominq xidmətlərnin açılması üçün heç bir depozit ödəməyəcəklər! Belə ki, 13 iyun- 31 avqust 2014-cü il tarixləri arası keçirilən kampaniya çərçivəsində Azercell Fakturalı xətt abunəçiləri depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə edə bilərlər.

Turistlərin dünyanın hər nöqtəsindən öz yaxınları ilə daha rahat və daha sərfəli danışığına imkan yaradan TeliaSonera şirkəti Avropada telekommunikasiya sektorunun ən qüdrətli qurumlarından birivə GSM təsisçisi sayılır. Təsadüfi deyil ki, 20 ildən az bir müddətdə TeliaSonera yerli operatordan Avropanın 5 ən iri operatorundan birinə çevrilə bilib.

Təbii ki, rouminqin daha əlverişli olması dolayısı ilə turizmin inkişafına da təkan verir. Turizmə aid forumlarda Azərbaycanda məhz Azercell-in əlverişli rouminq qiymətlərinin olması xüsusilə vurğulanır. Yeri gəlmişkən, 2013-cü ildə Azərbaycana 2 milyon 300 min nəfərdən çox əcnəbi turist gəlib ki, bu da son illərlə müqayisədə 20 faiz artım deməkdir. Həmin müddətdə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm