(R) Bu yay Azercell-in rominq xidmətlərinə görə - 0 depozit
Bizi izləyin

Texnoloji

(R) Bu yay Azercell-in rominq xidmətlərinə görə - 0 depozit

Azərbaycan mobil rabitə bazarının lideri olan Azercell Telekom şirkəti öz abunəçilərinə sərfləli tarif paketləri və endirimli kampaniyalar təklif etməkdə davam edir.

Bu dəfə şirkət yay ayları ərzində səyahətə çıxmaq istəyənlər üçün sevindirici yenilik təqdim edir. Belə ki, 13 iyun 2014-cü il tarixindən etibarən Azercell Telekom rominq xidmətlərinin açılması üçün tələb olunan depoziti ləğv etdi. İndi bütün Azercell abunəçiləri rahat şəkildə istədikləri ölkəyə getməzdən əvvəl rominq xidmətlərini açdıra bilərlər.

Fakturalı xətt abunəçiləri kampaniya çərçivəsində depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə etmək imkanı qazanırlar.Bu qısa nömrəyə göndərilən hər 1 SMS-in qiyməti ƏDV daxil 0.01 AZN təşkil edir. Onu da qeyd edək ki, kampaniya 13.06.2014 – 31.08.2014 dövrü ərzində qüvvədə olacaq. Kampaniyada 150 AZN depozit ödəmiş və eyni zamanda “Flat Corporate” statuslu abunəçilər də iştirak edə bilərlər.

Qeyd edək ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində, həm də, Rusiya, Türkiyə, Gürcüstan və Almaniyada endirimli tariflərdən faydalana bilirlər. İndi Azercell abunəçiləri Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödəyirlər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablanır. Azercell bu ilin əvvəlindən etibarən abunəçiləri üçün inanılmaz sərfəli endirim paketləri, analoqu olmayan xidmətlər və xeyli sayda kampaniyalar təqdim edib. Şirkət yaxın günlərdə daha maraqlı yenilikləri ilə abunəçilərini sevindirəcək.

Bu yayı Azercell-lə daha yaxşı yaşayın!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm