Oğurlanan telefonlar uzaqdan blok ediləcək
Bizi izləyin

Texnoloji

Oğurlanan telefonlar uzaqdan blok ediləcək

Google və Microsoft şirkətləri Android və Windows Phone mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən kill switch (ölüm düyməsi) funksiyasını əlavə edəcək.

Google və Microsoft şirkətləri Android və Windows Phone mobil əməliyyat sistemlərinə itirilmiş və ya oğurlanmış qurğunun işini uzaq məsafədən bloklamağa imkan verən kill switch (ölüm düyməsi) funksiyasını əlavə edəcək.

Bu barədə Nyu-York ştatının baş prokuroru Erik Şneydermana istinadən Bloomberg agentliyi məlumat verib.

Publika.az ICTnews-a istinadən xəbər verir ki, son ildə müxtəlif ölkələrin hökumətləri dəfələrlə smartfon istehsalçılarını və mobil rabitə operatorlarını mobil elektronikanı uzaq məsafədən telefondakı şəxsi məlumatları silməyə və onun işini dayandırmağa imkan verən mexanizmlərlə təchiz etməyə çağırıb. Bunda məqsəd istifadəçilərin mobil qurğunun itirilməsi və ya oğurlanması halında öz məlumatlarını mühafizə edə bilməsindədir.

Lookout şirkətinin məlumatına görə, hər onuncu smartfon sahibi cinayətkarların qurbanı olur. Təkcə ötən il 3,1 milyon amerikalının mobil telefonu zorla əlindən alınıb. ABŞ Federal Rabitə Komissiyasının məlumatına görə, iri şəhərlərdə oğurluq hallarının 30 faizi mobili telefon oğurluğu ilə bağlıdır.

Kreyton Universitetinin statistika kafedrasının professoru Uilyam Dakvortun qiymətləndirməsinə görə, amerikalıların telefonlarında quraşdırılan kill switch funksiyası onlara ildə 2,6 milyard dollara qənaət etməyə imkan verəcək. Bura sığorta xərcləri və itirilmiş və ya oğurlanmış telefonlar əvəzinə, yeni qurğuların alınması daxildir.

iPhone smartfonu 2013-cü ildə kill switch funksiyası ilə təchiz edilməyə başlayandan sonra cari ilin ilk beş ayında Nyu-Yorkda Apple məhsullarının oğurlanması 19 faiz azalıb. San-Fransisko və Londonda analoji göstəricilər müvafiq olaraq 38 və 24 faiz aşağı düşüb.

Bu rəqəmlər ölüm düyməsinin işinin yüksək effektivliyini göstərdiyindən Android və Windows sistemlərində bu mexanizmlərin tətbiqi istehlakçıların təhlükəsizliyi üçün irəliyə doğru addımlar atmağa imkan verəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm