“Elektron hökumət” portalında “Fikir bankı” yaradılıb
Bizi izləyin

Texnoloji

“Elektron hökumət” portalında “Fikir bankı” yaradılıb

“Elektron hökumət” portalında “Fikir bankı” yaradılıb

“Elektron hökumət” portalında “Fikir bankı” yaradılıb.

Publika.az xəbər verir ki, internet istifadəçisi olan istənilən şəxs portalın “Fikir bankı”na daxil olub, orada “Elektron hökumət”lə bağlı istənilən təklifi qeyd edə bilər. Vətəndaşın verdiyi ideya saytın idarəçiləri tərəfindən təsdiqlənir və saytda yerləşir. Təkliflərə istənilən şəxsin münasibət bildirməsinə də şərait yaradılıb.

“Elektron hökumət”in daha da təkmilləşdirilməsinə maraq göstərən internet istifadəçiləri “Fikir bankı”nda təklif göndərmək üçün şəxsiyyət vəsiqəsi və ya “Facebook” hesabı ilə autentifikasiya olunmalıdırlar.

“Elektron hökumət” müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycanda yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanlarından əsas məqsədi isə xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan məsafəni maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm