Azercell 2014-cü il üçün Tələbə Təqaüd Proqramını elan edir (R)
Bizi izləyin

Texnoloji

Azercell 2014-cü il üçün Tələbə Təqaüd Proqramını elan edir (R)

Azərbaycan mobil rabitə bazarının lideri Azercell Telekom fəaliyyətə başladığı gündən gənclərin elm və təhsilinin inkişafı üçün bir sıra uğurlu layihələr həyata keçirib.

Bu layihələr sırasında ölkə universitetlərində 3G və 4G laboratoriyalarının quraşdırılması, Barama İnnovasiya Mərkəzi nəzdində reallaşan saysız uğurlu layihələr, Tələbə Təcrübə və Tələbə Təqaüd proqramlarını xüsusilə qeyd etmək olar. Azercell Telekom MMC tələbələr üçün növbəti təqaüd proqramına start verib. Bu ilin iyulun 1-dən başlayan Tələbə Təqaüd proqramının məqsədi müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirmək, yüksək potensiala malik gənclərin peşəkar kimi formalaşmasına dəstək olmaqdan ibarətdir. Bütün seçim turlarının uğurla başa vuran tələbələr Azercell şirkəti tərəfindən cari ali təhsil müddətinin sonunadək şirkət tərəfindən müəyyənləşdirilmiş aylıq tələbə təqaüdünü almaqla yanaşı, telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə və sosial fəaliyyətlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə iş təcrübəsini keçmək imkanını əldə edəcəklər.

Tələbə Təqaüd Proqramına Azərbaycanın ali təhsil ocaqlarının son iki kursunda təhsil alan tələbələr müraciət edə bilər. Seçim mərhələlərinin gedişi və nəticəsi haqqında məlumat namizədlərin elektron poçtuna göndəriləcək. Seçim prosesi zamanı marketinq və ya informasiya kommunikasiya texnologiyaları sahəsində təhsil alanlara üstünlük veriləcəkdir. Tələbə Təqaüd Proqramına müraciət etmək üçün şirkətin rəsmi səhifəsinin Karyera bölməsindəki (http://www.azercell.com/az/company/career/development_oportunities/) “Tələbə Proqramı” səhifəsinə daxil olmaq lazımdır. Ərizələr yalnız onlayn rejimdə qəbul edilir. Müraciətlərin son qəbul tarixi - 31 iyul 2014-cü il tarixidir.

Qeyd edək ki, Azərbaycanlı tələbələr tərəfindən çox maraqla qarşılanan bu proqramı 2008-ci ildən etibarən hər tədris ilində təqdim edilir. Bu müddət ərzində Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 50-dən çox tələbə Azercell-in təqaüdçüsü adına layiq görülüb. Onlar Azercell-dən təqaüd almaqla yanaşı, həm də şirkətin mütəxəssislərinin yardımı ilə gələcək karyeraları üçün əvəzedilməz təcrübə qazanıblar.

Bununla da Azercell Telekom MMC korporativ sosial məsuliyyətli fəaliyyətini gücləndirir və cəmiyyətimizə daha artıq töhfə verməkdə davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm