• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azercell-in Mobil Göz Klinikasından müayinə (R)

Azercell-in Mobil Göz Klinikasından  müayinə (R)

Azərbaycan mobil rabitə bazarının lider şirkəti Azercell Telekom-un sosial sahədə həyata keçirdiyi növbəti unikal layihəsi olan və yaranması 2011-ci il 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə təsadüf edən Mobil Göz Klinikası bu gün də uğurla fəaliyyətini davam etdirir.

Valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin edən bu layihə, həmçinin, ahılları və aztəminatlı ailələri əhatə edir. Mütəmadi olaraq uşaq və ahıllar evinə səfər edən Mobil Göz Klinikasının həkimləri iyulun 2-si Lökbatan qəsəbəsində yerləşən 39 saylı Kardiorevmatoloji Sanatoriyasında 36 nəfəri müayinə ediblər. Həmçinin, iyulun 3-də Azercell-in Mobil Göz Klinikası Sumqayıtda yerləşən Laçın və Zəngilan rayonlarından olan məcburi köçkünlər üçün sığınacağı ziyarət edərək 36 şəxsi – 31 uşaq və 5 yaşlı insanı müayinədən keçirib.


Məlumat üçün bildirək ki, layihə çərçivəsində Klinika artıq Bakı şəhərindəki bir çox internat məktəbləri, uşaq evlərinə səfər edib. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq düşərgələrində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən görmə qüsurlu uşaqların müayinələri aparılıb. Təkcə ötən il ümumilikdə Mobil Göz Klinkasında 563 nəfər müayinədən keçib ki, bunun da 519 nəfəri uşaqlar, 44 nəfəri isə yaşlılardı.

Qızmar yay aylarına baxmayaraq Azercell-in Mobil Göz Klinikası yardıma ehtiyacı olan hər kəsin faydası naminə özünün intensiv fəaliyyətini davam etdirir. İyulun 9-da Klinika Qala qəsəbəsindəki məcburi köçkünləri ziyarət edərək onlar üçün göz müayinəsi aparacaq.

Qeyd edək ki, Azercell 4 il öncə Mobil Diş Klinikasını da istifadəyə vermişdir. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən indiyə qədər 2 mindən artıq uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu oldu ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırmağa başladılar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR