Ötən illə müqayisədə 4 dəfə çox smartfon ...
Bizi izləyin

Texnoloji

Ötən illə müqayisədə 4 dəfə çox smartfon ...

Bəzən Apple şirkəti ilə müqayisə edilən Çinin Xiomi şirkəti ilin birinci yarısında 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə dörd dəfə daha çox smartfon bazara tədarük edib. 10 milyard dollar məbləğində qiymətləndirilən şirkət yanvar-iyun 26,1 milyon qurğu tədarük edib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin satış həcmi 149% artaraq 33 milyard yuan (təxminən 5,32 milyard dollar) olub. 2014-cü ildə Xiaomi şirkəti 60 milyon tədarükünə ümid edir.

Xiaomi yerli, yüksək rəqabətli smartfon bazarında əsas qüvvələrdən birinə çevrilir. Canalys analitik şirkətinin məlumatına görə, cari ilin birinci rübündə Xiomi şirkəti telefon satışının həcminə görə altıncı olub.

Şirkət fəaliyyət dairəsini genişləndirmək istəyir. Məsələn, Çin şirkəti Cənub-Şərqi Asiya, Hindistan, Braziliya və Meksika bazarlarına çıxmaq niyyətindədir. Bununla belə, birinci rübdə tədarük edilmiş qurğuların 97%-i Çinin payına düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm