Rus ordusunda "casus planşet"lərdən istifadə olunacaq
Bizi izləyin

Texnoloji

Rus ordusunda "casus planşet"lərdən istifadə olunacaq

İnformasiya və Sistem İdarəetmə mərkəzinin təşkilatçılığı ilə Rusiyanın ordu hissələrində planşetdən istifadə olunacaq.

Axar.az xəbər verir ki, yerli əməliyyat sistemli planşet toza və zərbəyə davamlı olacaq.

Texniki xüsusiyyətləri və keyfiyyəti ilə digər texnologiyalardan üstün hesab olunan planşetlərdən döyüşlərdə də istifadə olunması gözlənilir. Yeni əməliyyat sistemli planşetlər casusluğa qarşı müxtəlif proqramlarla təchiz olunmaqla yanaşı GPS, kamera, 3G, mikrofon kimi funksiyaları da yerinə yetirir.

Bu barədə açıqlama verən İnformasiya və Sistem İdarəetmə mərkəzinin direktoru Dmitri Petrov “Həqiqətən də biz casusluğa qarşı qoruyucu yerli əməliyyat sistemli proqram işləyib hazırlaya bildik. Araşdırmalarımıza görə bir çox gizli təşkilatlar bizim bu yeni texnologiyamiz ilə ciddi maraqlanır”, - deyə bildirib.

“ROMOS” əməliyyat sistemi ilə çalışan planşetlər 30 dəqiqə suyun altında qalma və 55 dərəcə istilikdə işləmə gücünə malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm