Zibili qızıla çevirən nadir ixtira
Bizi izləyin

Texnoloji

Zibili qızıla çevirən nadir ixtira

Novosibirskli alimlər qızıl tozunu tutub saxlayan nadir maşın ixtira ediblər.

Yeni ixtira qızıl hasilatçılarının itkilərini iki dəfə azaltmağa imkan verir. Tərkibində nanohissəciklər olan xüsusi mayenin köməyi ilə mis (yaxud başqa qatışıqlar) sentrifuqada üzə çıxır, qızıl isə aşağı çökür. Bu barədə məlumatı İTAR-TASS agentliyi maşını ixtira edən Sergey Afanasenkoya istinadla yayıb.

Yer qabığında qızıl ehtiyatlarının 70 faizə qədəri ölçüsü təqribən 50 mikron olan qızıl tozundan ibarətdir: bu, qızıl hasilatçılarının tutub saxlaya bilmədikləri bir növ allüvial qızıldır (çay və sel sularının gətirib yığdığı çöküntü). Belə qızıl sözün əsl mənasında əlin içindən axıb gedir: hər il təkcə Amur çayından dünya okeanına təqribən 8 ton qızıl axır.

S.Afanasenko deyib ki, ixtirası uğurla sınaqdan çıxıb: “Biz maşını Novosibirsk vilayətinin ən iri qızıl hasilatı artelində - “Suenqa”da sınaqdan keçirdik. Qızıl hasilatı tullantılarının bir hissəsini emal etməyi xahiş etdik. İki gün ərzində 1,5 kiloqram xalis qızıl hasil etdik”.

Sentrifuqa təkcə qızıl deyil, başqa hissəcikləri də toplaya bilir. Belə ki, arteldə tullantıların emalı zamanı əlavə olaraq 1,5 kiloqram civə əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm