• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

80 milyard dollarlıq enerji itkisi

80 milyard dollarlıq enerji itkisi

Qarşısı alınmayacağı təqdirdə göstəricilərin daha da böyük olacağı deyilir.

Axar.az xəbər verir ki, aparılan tədqiqatlar zamanı internetə bağlı olan 14 milyard cihazın 80 milyard dollarlıq enerji sərf etdiyi məlum olub. Ekspertlər bu rəqəmləri 2013-cü ildə səmərəsiz texnologiyalardan istifadənin artması ilə əlaqələndirirlər.

Beynəlxalq Enerji Agentliyinin açıqlamasına görə, bu israfçılığın qarşısı alınmazsa və proseslər bu templə davam edərsə, göstəricilər pisə doğru dəyişəcək.

Agentliyin rəsmisi Maria van der Hoeven internetə bağlı elektriklə işləyən cihazların insanların gündəlik fəaliyyətində rolunun artdığını deyib: “Əslində elektriklə işləyən cihazlar adi halda gözləmə rejimində o qədər də çox elektrik enerjisi israf etmir. Amma həmin cihazlar internetə qoşulduqda bu israfın həcmi dəfələrlə artır”.

Xatırladaq ki, Beynəlxalq Enerji Agentliyi boş yerə israf edilən enerjinin həcminin 2020-ci ilsə 120 milyard dollar civarında olacağını deyir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR