Texnoloji
“Android”dən xəbərdarlıq: “Antiviruslar lazımsızdır”
“Android” əməliyyat sisteminin
təhlükəsizlik üzrə direktoru Adrian Lüdviq “Android” ekosisteminin
təhlükəsizliyi, virus və antivirus proqramları ilə bağlı fikrini
bildirib.
Axar.az xəbər verir ki,
şirkətin təhlükəsizlik direktorunun sözlərinə görə, əksər
şirkətlərin xəbərdarlığına baxmayaraq, “Android” istifadəçilərinin
smartfon və planşetlərdə antivirus proqram təminatı və ya digər
informasiya təhlükəsizliyi alətləri quraşdırmasına ehtiyac
yoxdur.
A.Lüdviq hesab edir ki, bu proqramlar istifadəçilərin
99 faizi üçün faydasızdır:
“Güman edirəm ki, mühafizəni heç vaxt təmin edə bilməyəcək məhsula
pul xərcləmək riskin səmərəsiz şəkildə azaldılmasıdır. Əslində,
əlavələrin hamısı dərc olunmazdan əvvəl avtomatik yoxlanışdan
keçir. İstifadəçinin rəsmi kataloqdan potensial zərərli əlavə
yükləməsi riski çox şişirdilib. Bu hadisənin baş verməsinin
mümkünlüyü çox aşağıdır”.
Mütəxəssis antivirus şirkətlərini minlərlə virus və zərərli
əlavələrlə bağlı hesabatları düzgün şərh etməməkdə günahlandırıb.
Onun sözlərinə görə, antivirus şirkətləri nə qədər qurğunun virusa
yoluxması barədə məlumat vermədən zərərli əlavələrin sayını
açıqlamağa üstünlük verir. Çünki rəqəmlər daima artdığından bu
onlara məhsullarını satmaq üçün sərf edir.
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom