İnternetə milyardlarla yeni istifadəçi qoşulacaq
Bizi izləyin

Texnoloji

İnternetə milyardlarla yeni istifadəçi qoşulacaq

Facebook kompaniyasının yaradıcısı və sahibi Mark Zukerberqin proqnozuna görə, yaxın 10 ildə internetə milyardlarla yeni istifadəçi qoşulacaq. Publika.az-ın məlumatına görə, bu proqnozu o, The Wall Street Journal nəşrinə yazdığı məqalədə verib.

Zukerberq yazır ki, hazırda internetə Yer kürəsi əhalisinin üçdə birindən bir qədər çox – 2,7 milyard insanın girişi var. İnternetə qoşulmanın artım tempi, müəllifin fikrincə, çox aşağıdır (ildə 9 faizdən də az). “Bunun da səbəbi odur ki, bir çox ölkələrdə həm də internet trafiki verən mobil rabitəyə qoşulma kontraktı smartfonun özündn bahadır”,- deyə Zukerberq yazır.

Onun fikrincə, trafiki ucuzlaşdırmaq üçün yeni model hazırlandığı zaman mobil rabitə operatorları əvvəlki kimi sərmayə imkanlarını saxlamaqla internetə girişi artıracaqlar. Bütün dünyada baza internet xidmətlərinin pulsuz olmasını təklif edən Zukerberqin fikrincə, belə olarsa, internetin qalan və ödənişli olan xidmətlərindən də istifadə edənlərin sayı artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm