TD-LTE abunəçilərinin sayı 276,2 milyona çatacaq
Bizi izləyin

Texnoloji

TD-LTE abunəçilərinin sayı 276,2 milyona çatacaq

Tayvanın Digitimes Research analitik şirkətinin məlumatına əsasən, 2014-cü ilin birinci rübünün sonunda dünyada TD-LTE mobil şəbəkəsindən istifadə edən 12,48 milyon abunəçi qeydə alınıb. Cari ilin yekununa görə, abunəçilərin sayının 70,4 milyona çatacağı gözlənilir.

Publika.az ICTnews-a istinadən bildirir ki, TD-LTE abunəçilərinin ən böyük sayı (28.2%) Səudiyyə Ərəbistanının Mobily mobil operatorunun şəbəkəsində qeydə alınıb. Bu göstərici üzrə ikinci yerdə Yaponiyanın SoftBank Mobile operatoru, üçüncü yerdə isə 22,4% göstərici ilə Çinin China Mobile şirkəti qərarlaşıb.

Mütəxəssislərin proqnozuna görə, 2015-ci ilin sonunadək TD-LTE şəbəkəsində işləyən abunəçilərin sayı 179,8 milyona çatacaq və 2016-cı ildə onların sayı 276,2 milyonadək artacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm