• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Papaya “Facebook” hücumu

Papaya “Facebook” hücumu

Katoliklərin dini lideri Papa Fransisk sosial şəbəkə hücumuna məruz qalıb.

Publika.az-ın məlumatına görə, ən populyar sosial şəbəkə saytı olan “Facebook”da Papa Fransiskin adına açılan rəsmi səhifə ("Papa Francesco") hakerlərin hücumuna məruz qalıb.

Bir milyon üç yüz mindən çox izləyicisi olan səhifə sındırılaraq, orada Qurani-Kərimdən müxtəlif ayələr, kəlimeyi-tövhid və İsrailə qarşı fotoşəkillər paylaşılıb.

Səhifənin örtük (kaver) şəkli də dəyişdirilərək, kəlimeyi-tövhid şəkli yerləşdirilib. Bundan başqa Papanın səhifəsində "tək gerçək islam dinidir" yazılan "caps"lər və "Azad Fələstin", "Yaşasın Əlcəzair" yazılmış şəkillər paylaşılıb.

Bu hərəkətin hansı haker qrup tərəfindən həyata keçirildiyi bilinməsə də, bir neçə paylaşımdan sonra səhifə əvvəlki vəziyyətinə qaytarılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR