Rusiya yeni tramvayını təqdim etdi
Bizi izləyin

Texnoloji

Rusiya yeni tramvayını təqdim etdi

Yekaterinburg şəhərində davam edən beynəlxalq “İnnoprom 2014” sərgisində yeni nəsil tramvay - R1 təqdim edilib.

Axar.az xəbər verir ki, Omsk şəhərində yerləşən “Uraltransmaş” zavodunda ərsəyə gələn tramvaylar xarici görünüşünə görə qeyri-rəsmi olaraq “Ray üstündəki iPhone” adlandırılır.

Yeni nəsil tramvayların daha təkmil olduğunu bildirən mütəxəssislər hissələrin rahatlıqla dəyişdirildiyini bildiriblər. Təxminən 200 adam daşıma gücünə malik tramvayların yaxın zamanlarda Rusiyada istifadəyə başlaması gözlənilir.

R1 tramvaylarının qiymətinin isə 1 milyon avro olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm